Akademiyada tədris proqramları bütün istiqamətləri əhatə edib
18 Dec 2019
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında dekabrın 18-nə qədər davam edən ixtisasartırma kurslarında həmkarlar ittifaqı təşkilatlarının modernləşməsində, orqanayzinq və üzvlüyün motivasiyasında, onun imicinin artırılmasında informasiyanın rolu məsələləri tədris olunmuşdur.
Həmçinin təqdimat bacarığı öyrədilmişdir. Kurslarda 45 nəfər
dinləyici iştirak etmişdir.
Ümumilikdə il ərzində 30 kurs keçirilmişdir. Bu kurslara
835 nəfər həmkarlar ittifaqı lideri və fəalı cəlb olunmuşdur. Bu da nəzərdə
tutulduğundan xeyli çoxdur. 2019-cu ildə ilk dəfə olaraq məşqçi-müəllimlərin
hazırlığı üzrə kurslar təşkil edilmişdir.
Dinləyicilərdən 468 nəfəri HİK sədri, 374 nəfəri HİK fəalı
olmuşdur. Fəallardan 94 nəfəri tələbə və işçi gənclərdir. Onlar “Gənclərin həmkarlar
ittifaqı üzvlüyünün motivasiyası”, “Sosial tərəfdaşlıq gənclər siyasətinin
effektiv reallaşdırması üçün əsas kimi”, “Həmkarlar ittifaqı həyatının
demokratikləşdirilməsi və həmkarlar ittifaqı üzvlərinin həmkarlar ittifaqı təşkilatının
işinə cəlb edilməsi”, “Həmkarlar ittifaqlarında kadr ehtiyatının formalaşma
problemləri, hazırlıqlar və effektiv istifadəsi”, “Həmkarlar ittifaqı təşkilatının
idarəetməsi: texnologiya və səmərəliliyi”, “Həmkarlar ittifaqlarında effektiv
liderlik” mövzularında məruzələr dinləmişlər.
Təlimlərdə nazirliklərin, dövlət komitələrinin, başqa
qurumların mütəxəssisləri və AHİK-in sahə Hİ respublika komitələrinin əməkdaşları
mühazirələr oxumuşlar.
Məlum olduğu kimi, həmkarlar ittifaqı lideri və ya fəalı
müəyyən məqamlarda problemlərlə rastlaşırlar. Ona görə də tədris prosesinin səmərəliliyini
artırmaq üçün psixoloqlar da dəvət edilib. Üstəlik, bəzi təlim kurslarına
aşağıdakı mövzular daxil edilib: “Münaqişəli vəziyyətlərdə davranışın
strategiya və taktikası. Ünsiyyətli bacarıqlar”, “Natiqlik bacarığı və
bacarıqauditoriya qarşısında çıxış etmək”, “Vaxtı idarəetmə anlayışı və
strateji planlaşdırması”, “Vaxtın planlaşdırılmasının psixoloji alətləri”,
“Danışıqlar -işgüzar ünsiyyətin növü kimi”, “Danışıqların keçirilməsi. Danışıq
prosesində manipulyasiyalar”, “Komandada iş. “Komanda” anlayışı”, “İmic
psixoloji kateqoriya kimi müsbət imicin psixologiyası”, “Etik davranış”,
“Stressin idarə olunması və həyəcanın aradan qaldırılması” və s.
Kursların bütün dinləyiciləri Akademiyanın fəaliyyəti, tədris
prosesinin təşkili, struktur bölmələri ilə tanış olublar.