AMEA-nın Azad Həmkarlar İttifaqı ilə Türkiyənin “Memur-Sen” Konfederasiyası arasında müqavilə imzalanıb
27 Nov 2018
Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov Türkiyənin Ankara şəhərində “Memur-Sen” Konfederasiyasının sədri Əli Yalçınla görüşüb.
Görüşdə bölgədə gedən proseslər, bu proseslərin həmkarlar
ittifaqının fəaliyyətinə təsiri və sair məsələlər barədə danışılıb. Sonra AHİ və
konfederasiya, onun üzv qurumları arasında 5 il müddətinə müqavilə imzalanıb.
Müqavilədə informasiya, iş təcrübəsinin mübadiləsi, birgə seminarların keçirilməsi,
tədris mərkəzlərinin əməkdaşlığı, qarşılıqlı səfərlər və sair nəzərdə tutulub.
İmzalanma mərasimində konfederasiyanın və üzv təşkilatların
məsul şəxsləri iştirak ediblər.