AZ | RU | EN
AZ | EN | RU

AQTA-nın həmkarlar təşkilatı ordu sıralarına qatılan əməkdaşların ailələri ilə görüş keçirib

09 Oct 2020

Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatlarını davam etdirir, düşmənə sarsıdıcı zərbələr endirir. Milli Ordumuzla fəxr edirik.

Hər bir Vətən övladı düşməni ağır məğlubiyyətə uğradaraq, geri çəkilməyə məcbur edən ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur duyur. Hər kəs zəfər anını yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəmir. Ordu sıralarına yola düşmüş hərbi vəzifəli əməkdaşların ailələrinə qayğı diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş AQTA əməkdaşları da ruh yüksəkliyi ilə ordu sıralarına qoşulublar.
AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən ön cəbhədə xidmət edən agentlik əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib, onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyi diqqətə çatdırılıb.
İşğal altındakı torpaqlarımızın erməni təcavüzkarlarından azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuza şanlı qələbə arzu edirik.
Tanrı Azərbaycan əsgərini qorusun, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin! Qələbə sənindir, Azərbaycan əsgəri!

FAYDALI KEÇİDLƏR