AQTA-nın həmkarlar təşkilatı ordu sıralarına qatılan əməkdaşların ailələri ilə görüş keçirib
09 Oct 2020
Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatlarını davam etdirir, düşmənə sarsıdıcı zərbələr endirir. Milli Ordumuzla fəxr edirik.
Hər bir Vətən övladı düşməni ağır məğlubiyyətə uğradaraq,
geri çəkilməyə məcbur edən ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur
duyur. Hər kəs zəfər anını yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəmir. Ordu
sıralarına yola düşmüş hərbi vəzifəli əməkdaşların ailələrinə qayğı diqqət mərkəzində
saxlanılır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətənimizin
ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət
etmiş AQTA əməkdaşları da ruh yüksəkliyi ilə ordu sıralarına qoşulublar.
AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən
ön cəbhədə xidmət edən agentlik əməkdaşlarının ailə üzvləri ilə görüş
keçirilib, onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dövlətimiz
tərəfindən bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyi diqqətə
çatdırılıb.
İşğal altındakı torpaqlarımızın erməni təcavüzkarlarından
azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli
ordumuza şanlı qələbə arzu edirik.
Tanrı Azərbaycan əsgərini qorusun, Vətənimizə sülh və əmin-amanlıq
bəxş etsin! Qələbə sənindir, Azərbaycan əsgəri!