Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edildi
15 Jan 2016
1990-cı ilin 20 yanvar günündə törədilmiş qanlı hadisələrin üstündən 26 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur.
Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin
göstərişi ilə Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə
divan tutmuşdu. Həmin gecə müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların
tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilmişdi. Onların xatirəsi həmkarlar ittifaqları
təşkilatları tərəfindən də hər il yad edilir.
Hər il olduğu kimi, bu il də AHİK-də
və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda səhid olan vətən övladlarının
anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir. AHİK-in tədbirlər planına uyğun
olaraq 15 yanvar 2016-cı il tarixdə ənənəvi olaraq Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası tərəfindən 20 yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş
keçirilib, onlara maddi yardım göstərilib.
112
şəhid ailəsinin hər birinə 100 manat, ümumilikdə 11200 manat maddi yardım edilib.
Eyni zamanda hər bir şəhid ailəsinin problemləri
dinlənilib, onların həlli üçün müvafiq qaydada
addımların atılacağı diqqətlərinə çatdırılıb.