AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III MƏCLİSİNİN QƏRARI

25 Dec 2015

Uşaq Əməyi: Mövcud vəziyyət və gələcək addımlarhaqqında
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III  Məclisi qeyd edir ki, hər bir ölkədə vətəndaşa öz əmək qabiliyyətini qanunla yol verilən istənilən formada reallaşdıra bilmək üçün əmək hüququ verilib. Qanunvericilikdə təsbit olunan normalar cəmiyyətin digər üzvləri ilə yanaşı uşaqlara da aiddir. Təbii ki, burada söhbət bütün uşaqlardan deyil, müəyyən yaş həddinə çatmış və səhhəti işləməyə imkan verən uşaqlardan gedir.
Azərbaycan Respublikası bütün əsas beynəlxalq sənədləri, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyasını, BƏT-in 138 saylı Minimum Yaş Həddi və 182 saylı Uşaq Əməyinin Ən Pis Formalarının Aradan Qaldırılmasına dair Konvensiyaları ratifikasiya etmişdir ki, bütün bunlar da milli qanunvericilikdə öz əksini tapmışdır. Eyni zamanda uşaqların müdafiə hüquqları ölkə qanunvericiliyi ilə təmin olunur.
         Azərbaycanda uşaq əməyinin aradan qaldırılması ilə bağlı siyasət mühiti də əlverişli xarakterizə olunur. Prioritet istiqamətlər məşğulluğun artırılması, sosial müdafiə sisteminin islahatı və yeniləşdirilməsi, səmərəli və funksional Peşə Təhsili və Təlimi sisteminin formalaşdırılmasından ibarətdir. Bütün bunlar ölkədə uşaq əməyindən istifadənin əsas səbəblərinin aradan qaldırılmasına birbaşa təsir göstərən amillərdir.
         Qanunvericilik çərçivəsində olduğu kimi, siyasət mühitində də əsas məqsəd mövcud siyasət istiqamətləri və “Gələcəyə Baxış 2020”-nin məqsədlərinin  tam icrasına nail olmaqdan ibarətdir.
Uşaq əməyinin aradan qaldırılmasını özündə ehtiva edən əsas dövlət proqramlarından biri “2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı”dır (YADİDP). Proqram Azərbaycanda yoxsulluğun azaldılması prioritetlərini müəyyən edir və uşaqları xüsusi həssas qrup kimi tanıyır, gəlir əldə etmək imkanlarının kənd və şəhər yerlərində fərqli olduğunu göstərir. Bu, əhalinin həssas qruplarının gəlirlərinin artırılması, sosial müdafiə sistemi, səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılması vasitəsilə ona yol açan səbəbləri qarşısının alınmasına xidmət edir.
         «Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı»nda əks olunmuş məşğulluq və gəliryaratmanın artırılması prioritetləri, 2006-2015-ci illər üzrə nəzərdə tutulmuş Məşğulluq Strategiyası və Layiqli Əmək üzrə Ölkə Proqramı sənədlərində də əks olunmuşdur. Hər iki sənəd aşağı ixtisaslı və aşağı əmək haqqı olan işlərin daha müasir, səmərəli və tələbata uyğun ixtisaslarla yiyələnməsinin vacibliyini vurğulayır, kənd yerlərində məskunlaşmış aztəminatlı əhali qruplarının məşğulluq və gəlir əldə etmək imkanlarının artırılması məqsədlərini daşıyır.
         Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində insan alverinə qarşı səmərəli mübarizə aparmaqdadır. Bu fəaliyyət İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarında (MFP) da öz əksini tapmışdır. İndiyə qədər Milli Fəaliyyət Planlarında əsas diqqət insan alverinin gənc və daha yaşlı qurbanlarına yönəlsə də, artıq uşaq əməyinin aradan qaldırılması istiqamətində  fəaliyyət üzrə məlumat və bilik səviyyəsinin yüksəldilməsi, uşaq əməyinin vəziyyətinin monitorinqi, uşaqların müdafiəsi sahəsində ictimaiyyətin  səfərbərliyi kimi məsələlər də gündəmdədir. 2014-cü ildən etibarən uşaq əməyinin ölkədə prioritet mövzu təşkil etdiyi müşahidə olunur. İnsan alverinə qarşı mübarizə üzrə 3-cü Milli Fəaliyyət Planlarında uşaqların müdafiəsi ilə bağlı ayrıca fəslin əks olunması buna sübutdur.
         Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi uşaq əməyinə qarşı birgə fəaliyyətə dair plan imzalamışlar (30.09.2013).
Azərbaycan həmkarlar ittifaqları da uşaq və yeniyetmələrə dair üzərinə düşən vəzifələri dəqiqləşdirir, imkanlarını onların hüquq və mənafelərinin qorunmasına səfərbər edir, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbirləri həyata kecirirlər. Bu baxımdan AHİK-də 50-yə yaxın qərar qəbulolunmuş və tədbirlər həyata keçirilir. AHİK-in üzv təşkilatlarının fəaliyyəti ilknövbədə iş yerlərində çoxuşaqlı, az gəlirli ailələrin müəyyən edilməsinə və onlara köməklikgöstərilməsinə yönəldilir.
AHİK tərəfindən bu gün də ölkədə uşaq əməyinin mahiyyəti, səbəbləri, aradan qaldırılması təcrübələri daim təhlil edilir,  uşaq əməyi məsələləri üzrə tərəfdaşlar, o cümlədən beynəlxalq qurumlar müəyyən-ləşdirilir.
Eyni zamanda sosial tərəfdaşlarla əməkdaşlıq genişlənir. Bunlar əsasən fəaliyyətin koordinasiyası, bilik bazasının yeniləndirilməsi, uşaq əməyinin ən pis formalarının (UƏƏPF) qarşısının alınması üzrə tədbirlərin inkişaf etdirilməsinə, uşaqların bu növ əməkdən ayrılması, bərpası və yenidən normal həyata inteqrasiyasına, onların keyfiyyətli təhsilə, təlimə və digər xidmətlərə çıxış imkanlarının təkmilləşdirilməsinə yönəldilir.
Azərbaycanda baş verən sürətli iqtisadi və sosial inkişaf nəticəsində uşaq əməyinə qarşı mübarizə üzrə mövcud siyasət mühiti əlverişli olsa da, məlumat bazası yenilənməli, məlumatlılıq səviyyəsi gücləndirilməli və fəaliyyətlərin əlaqələndirilməsi təkmilləşdirilməlidir. Artıq qəbul olunmuş sənədlər və planların icrasına dəstəyin göstərilməsi əsas prioritet olmalıdır.
Hazırda uşaq əməyinin aradan qaldırılması üçün BƏT AHİK ilə birgə "Uşaq əməyinin qarşısının alınması üzrə tədbirlərin inkişafı" layihəsini həyata keçirir. Layihənin əsas məqsədi həmkarlar ittifaqlarının uşaq əməyinin qarşısının alınması sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, uşaq əməyi siyasəti və iş planının AHİK strukturuna inteqrasiya edilməsidir.
         Bütün bunları nəzərə alaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III  Məclisi qərara alır:
1. «Azərbaycan həmkarlar ittifaqlarının uşaq əməyi məsələsinə dair fəaliyyət planı» (qərara əlavə №1) təsdiq olunsun və təyinatı üzrə istifadə olunması üçün AHİK-in üzv və tabeliyindəki təşkilatlara göndərilsin.
          2. Uşaq Əməyi üzrə AHİK-in İşçi Qrupu yaradılsın, tərkibi və fəaliyyətinin təsviri təsdiq edilsin (qərara əlavə №2).
3. AHİK-in üzv və tabeliyində olan təşkilatlara tövsiyə olunsun:
-15 yaşınadək uşaqların əməyindən istifadə edilməsinin yolveril-məzliyi barədə əmək kollektivlərində geniş izahat işi aparılmasına, ailə  uşaqların  uşaq tərbiyəsi ilə məşğul olan işçilər arasında mövcud olan iş-ailə münasibətlərinin düzgün qurulmasına köməklik göstərilməsinə nail olsunlar;
- İş yerlərində işəgötürənlərlə uşaq (18 yaşa qədər) əməyindən istifadə olunması sahəsində qanunvericilik və real vəziyyətin  müzaki-rələrinin təşkil olunması istiqamətində həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə diqqət yetirsinlər;
- 2016-cı ilin 15 may tarixinədək “Fəaliyyət Planı” ilə əlaqədar görülən işlər barədə məlumatı AHİK-in Uşaq Əməyi üzrə İşçi Qrupuna təqdim etsinlər.
4. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə və “Ülfət”  qəzetinin redaksiyasına tapşırılsın ki, müzakirəyə çıxarılmış və qəbul olunmuş sənədlər barədə geniş məlumat həmkarlar ittifaqı nəşrləri və saytları vasitəsilə yayılsın.
          5. Qərarın icrasına nəzarət AHİK sədrinin I müavini İ. Əliyevə həvalə edilsin.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin və İcraiyyə Komitəsinin  tərkibində dəyişikliklər edilməsi haqqında

AHİK-in Məclisi  Mandat komissiyasının  məlumatını  dinləyərək qərara alır:

1. Aşağıda  adları çəkilən AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Nizamnaməsinin 3.8.6. bəndinə və sahə həmkarlar ittifaqı orqanlarının qərarlarına əsasən AHİK-in seçkili orqanlarının tərkibindən çıxmış hesab  olunsunlar:

Tofiq Əşrəf oğlu Quliyev

-

Məclis və İcraiyyə Komitəsi üzvlüyündən

Tahirə Azər qızı Mahmudova

 

-

Məclis üzvlüyündən

 

Əhməd Hidayət oğlu Mustafazadə

 

-

Məclis üzvlüyündən

 

Solmaz Süleymanpaşa qızı  Mehdiyeva

 

-

Məclis üzvlüyündən

 

Şahəddin Oruc oğlu Orucov

 

-

Məclis üzvlüyündən

 

İslam Abdulla oğlu Abudullazadə

 

-

Məclis üzvlüyündən

 

 Mandat komissiyasının təklifi əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının orqanlarına birbaşa nümayəndəliklə seçilmiş aşağıdakı nümayəndələrin vəkalətləri tanınsın:

Məhəmmədəli Məhəmməd oğlu Salmanov

-

Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Məclis və İcraiyyə Komitəsininüzvlüyünə

Seyidxanova Tamara Mahmud qızı

-

“Baku Steel Kompani” HİB,  «MAİDƏ” MMC-nin mühasibi Məclis  üzvlüyünə

Yaqut Bəylər qızı Ələsgərova

 

ATİAHİ Salyan rayon komitəsinin sədri Məclis  üzvlüyünə

Musa Əsədulla oğlu Musayev

 

Xəzər Dəniz Neft Donanmasının HİK-in sədriMəclis  üzvlüyünə

Zülfüqar Kazım oğlu Aslanov

 

«Sumqayıt Texnologiyalar Parkı» MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri Məclis  üzvlüyünə

FAYDALI KEÇİDLƏR