Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili cənab Əflatun Amaşova
22 Jul 2019
Hörmətli Əflatun
müəllim!
Sizi və sizin şəxsinizdə çoxsaylı jurnalistlər
ordusunu 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, Azərbaycan mətbuatının
inkişafı və gələcək perspektivləri naminə apardığınız məsuliyyətli işdə uğurlar
arzulayıram.
Bu gün mətbuat
müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və
sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın
təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq
mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam və mənəvi dəyərlərin
formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu
proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan
reallaşdırılması təsəvvür edilə bilməz.
Ulu öndər Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən,
buxovlardan qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi
ilə müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başladı. Respublikada mətbu
nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz
iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılmışdır. Cənab
Prezident Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd
edilməsinə, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsinə,
fəxri adlar almasına, onların sosial məsələlərinin həllinə xüsusi önəm verilməsinə,
habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə böyük
önəm verir, jürnalistlərin əməyinə
xüsusi həssaslıqla yanaşır.
Hörmətli Əflatun
müəllim!
İnanırıq ki,
144-cü ili tamam olan milli mətbuatımız bundan sonra da keyfiyyətcə yeni mərhələdə
sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək,
cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq, bəzi qüvvələrin Azərbaycanda mövcud olan plüralizmdən istifadə
edib dövlətimizi, millətimizi nüfuzdan salmağa yönəlmiş fəaliyyətinə biganə
qalmayacaq, dövlət - mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla
nizamlanmasını, jurnalist
etikasına əməl olunmasını, obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli
şüur və vətənpərvərlik hisslərinə, aktual problemlərə diqqət yönəldilməsini,
milli-mənəvi dəyərləri və dövlətçilik
maraqlarına hörmət prinsipini daim əldə rəhbər tutacaqdır.
Sizə möhkəm
cansağlığı, mətbuatımızın inkişafı naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər
arzulayıram.
Hörmətlə,
AHİK sədri,
millət vəkili S.Möhbalıyev