Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və İlk təşkilatlar tərəfindən “Yaşat” fonduna ianə edilmişdir
09 Dec 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il
tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi
ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu –
“YAŞAT” Fondu yaradılıb.
Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində
əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən
həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti
təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə
şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası
Azad Həmkarlar İttifaqı və İlk təşkilatlar da fonda yardım məqsədilə 16.000,00
(on altı min) manat məbləğində maddi yardım etmişdir.