AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan təcrübəsində öyrənməli məqamlar çoxdur

16 Jun 2019

Beynəlxalq İctimai Birlik, Ticarət, İctimai İaşə, İstehlak Kooperasiyası İşçiləri Həmkarlar İttifaqları Konfederasiyası Şurasının növbəti iclası iyunun 16-dan 22-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.

Şurada MDB ölkələrində ticarət işçilərinin pensiya təminatı, sahə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və nüfuzunun artırılması və Özbəkistan həmkarlar ittifaqları sıralarına yeni üzvlərin cəlb olunması məsələlərinə baxılıb.
Bu məsələlər ətrafında çıxışlar olub. Azərbaycan “Xidmət-İş” Hİ Federasiyasının birinci vitse-prezidenti Sadət Tahirova da çıxış edərək müzakirə mövzusu olan problemlərin həlli istiqamətində ölkəmizdə görülən işləri diqqətə çatdırıb. Deyib ki, aparılan iqtisadi və sosial islahatlar əhalinin rifah halının daha da yaxşılaşdırılmasına imkan vermişdir.
Azərbaycanda diqqətçəkən məqam odur ki, şəxsən ölkə Prezidentinin təşəbbüsü ilə iqtisadi inkişafın gətirdiyi gəlirlər sosial məqsədlərə yönəldilir. Xüsusilə bu ilin ilk aylarından başlayaraq ölkə başçısı bir-birinin ardınca onlarla sosialyönümlü inqilabi sərəncamlar, fərmanlar imzalayıb.
S.Tahirova qeyd edib ki, dövlətimiz sosial siyasəti həyata keçirərkən həmkarlar ittifaqının təkliflərini nəzərə alır. Başqa sözlə, həmkarlar ittifaqları dövlətimizin yürütdüyü sosial siyasətin fəal iştirakçısıdır. AHİK-in təşəbbüsü ilə yaradılmış Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada tərəfdaşlar ən mühüm, aktual sosial məsələləri müzakirəyə çıxarır və müvafiq dövlət orqanlarına təqdim edirlər.
Tərəfdaşlar ilə bağlanmış baş kollektiv sazişlərdə daha çox işləyən əhalinin və onların ailə üzvlərinin maraqları əksini tapır.
S. Tahirova digər məsələlərə də toxunub. Onun çıxışı maraqla dinlənilib. Etiraf olunub ki, Azərbaycan təcrübəsində öyrənilməli çox məqamlar var.
Şura sonda gündəlikdə duran məsələlərlə bağlı qərarlar qəbul edib.

ПОЛЕЗНЫЕ ССЫЛКИ