Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin III Məclisi keçirilib
19 Nov 2018
Noyabrın 19-da AHİK-in böyük akt zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) III Məclisi keçirilib.
ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda gündəliyə uyğun
olaraq “Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinə əsasən ittifaq üzvlərinin
əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi sahəsində ATİAHİ Respublika Komitəsinin
xidmətində olan üzv təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barədə”,
“ATİAHİ Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “ATİAHİ
Respublika Komitəsi aparatının ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ
Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”
məsələlər müzakirə edilib.
Müzakirə
edilən məsələlər ətrafında çıxışlar edilib, qərarlar qəbul olunub.
İclasın
sonunda ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev üzv təşkilatların sədrlərinə öz tövsiyələrini çatdırıb.