AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin III Məclisi keçirilib

19 Nov 2018

Noyabrın 19-da AHİK-in böyük akt zalında   Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) III Məclisi keçirilib.

ATİAHİ  Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda gündəliyə uyğun olaraq “Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinə əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi sahəsində ATİAHİ Respublika Komitəsinin xidmətində olan üzv təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barədə”, “ATİAHİ Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “ATİAHİ Respublika Komitəsi aparatının ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə” məsələlər müzakirə edilib.
Müzakirə edilən məsələlər ətrafında çıxışlar edilib, qərarlar qəbul olunub.
İclasın sonunda ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev üzv təşkilatların sədrlərinə öz tövsiyələrini çatdırıb.

ПОЛЕЗНЫЕ ССЫЛКИ