Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının QƏRARI
06 Feb 2013
2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas istiqamətləri haqqında
Qurultay
üzv təşkilatların fəaliyyətini əlaqələndirən, onların hüquq və təminatlarının müdafiəsinə
kömək edən Konfederasiyanın işini yüksək səciyyələndirərək, işçilərin sosial, əmək
hüquqlarının və mənafelərinin müdafiəsi, həmkarlar ittifaqlarının nüfuzunun artırılması,
qanun və normayaradıcılıq işində iştirakı, sosial dialoqun inkişafı və beynəlxalq
həmrəyliyin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və təsirli tədbirlər həyata
keçirdiyini qeyd edir.
Konfederasiya
və onun üzv təşkilatları işçilərin mənafeyinin müdafiəsi baxımından ölkədə əmək
münasibətlərinin inkişaf tendensiyasını nəzarətdə saxlamış, aktual sosial-iqtisadi
problemlərin təhlilini aparmış və onların həlli üçün ümumi çıxış yolları təklif
etmişdir.
Həmkarlar
ittifaqları öz üzvlərinin mənafelərinin müdafiəsində, cəmiyyətin və onun demokratik
institutlarının inkişafında, Azərbaycanın dinamik tərəqqisində fəal iştirak etməyə
çalışmışdır.
Ölkədə
uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin müasir tələblərə uyğun
olaraq təkmilləşdirilməsi nəticəsində makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir.
Sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar
və tədbirlər iqtisadi inkişafı sürətləndirməklə yanaşı dünya miqyasında respublikamızın
mövqelərini daha da möhkəmləndirir. Bu inkişafın əsas səciyyəvi xüsusiyyəti onun
çoxcəhətli xarakterə malik olmasıdır. Bunun nəticəsidir ki, vətəndaş cəmiyyətinin
bütün strukturlarının mükəmməl hüquqi bazası yaradılmış, dövlət proqramları çərçivəsində
mühüm tədbirlər həyata keçirilmiş, onlara dövlət dəstəyi sistemi formalaşmışdır.
Azərbaycan
Həmkarlar İttifaqları regionların inkişafı, yoxsulluğun və işsizliyin aradan qaldırılmasını
nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsində, sosial infrastrukturun
yeniləşdirilməsində, qeyri-neft sektorunun dayanıqlı inkişafında, yeni istehsal
və emal müəssisələrinin fəaliyyətə başlamasında və bütün bunların nəticəsində yeni
iş yerlərinin açılmasında maraqlıdır.
AHİK-in
IV qurultayı Azərbaycanın sosial-iqtisadi tərəqqisində icra orqanlarının, sosial
partnyorların, işəgötürənlərin fəaliyyətini yüksək qiymətləndirir. Onlarla əməkdaşlığı
genişləndirmək, möhkəmləndirmək naminə gələcəyə doğru yolda düzgün istiqamət seçmək,
həmkarlar ittifaqı sistemində köklü dəyişikliklər etmək üçün tədbirlər davam etdirilir.
Azərbaycan
Həmkarlar İttifaqları öz üzvlərinin həyat səviyyəsini təsirli şəkildə yüksəltmək,
işçinin sərf etdiyi əməyin müqabilində layiqli əmək haqqı almasını təmin etmək,
qazancın ədalətli bölüşdürmək uğrunda fəaliyyətini daha da gücləndirəcəkdir.
Qurultay
hesab edir ki, ölkədə iqtisadiyyatın modernləşdirilməsinin məqsədi təkcə iqtisadiyyatın
sabit inkişafına deyil, həm də insan kapitalının, təhsilin, səhiyyənin, elmin inkişafına
yönəldilməlidir. Yalnız bu yolla işçilərin
sosial müdafiəsini təmin etmək, onların həyat səviyyəsini yüksəltmək, cəmiyyətdə
təbəqələşmə meyllərini aradan qaldırmaq mümkündür. İşçilərin hüquqlarının pozulmasına,
gəlirlərdə qeyri-bərabərliyə son illər transmilli şirkətlərdə, özəl və xarici firmalarda
daha çox rast gəlinir. Sahibkarların gəlirlərinin büdcəyə, sosial təminata daha
çox cəlb olunmasına, sosial sığorta sisteminə qoşulmasına diqqət artırılmalıdır.
Onların yüksək gəlirləri əməkhaqqı fondu, büdcə gəlirlərinin artımı, iqtisadiyyatın
modernləşdirilməsi üçün potensial mənbədir.
Məntiqi
ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı
üçün möhkəm qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü
təmin olunmuş, azad bazar mühiti formalaşmışdır. Belə bir şəraitdə həmkarlar ittifaqları
bir sıra ciddi iqtisadi problemlərlə qarşılaşırlar. Yeni fəaliyyət sahəsində, kiçik
və orta sahibkarlıq müəssisələrinin bir hissəsində, TMŞ-ın müəssisələrin bəzilərində
hələ də həmkarlar ittifaqı yoxdur. Həmkarlar ittifaqına gənclərin və miqrantların
cəlb olunması günün tələblərinə cavab vermir. Konfederasiya beynəlxalq miqyasda
əmək miqrasiyası proseslərinin təhlilinə, əmək miqrasiyasını tənzimləyən və əməkçi
miqrantların müdafiəsinə yönələn dövlətlərarası qərarların qəbul olunmasına səy
göstərir. Həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəliliyini zəiflədən maneələr
hələ tamamilə aradan qaldırılmayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,
onun üzv təşkilatları hərtərəfli fəaliyyətləri ilə qarşıdakı sədləri dəf etməyə
çalışır.
Azərbaycan
Həmkarlar İttifaqları işçilərin hüquqlarının xarici və özəl müəssisələrdə, firmalarda,
transmilli şirkətlərdə qorunması, iqtisadi problemlərin aradan qaldırılması, işçilərin
işəgötürənlər tərəfindən istismar olunmasına qarşıdır. Azərbaycan Həmkarlar İttifaqları
layiqli əmək və onun inkişafı uğrunda çıxış edir.
Ölkəmizdə
qazanılan uğurların, artan maliyyə imkanlarının fonunda işçilərin sosial-iqtisadi
problemlərinin, ehtiyaclarının kompleks şəklində həlli, həmkarlar ittifaqı üzvlərinin
cəmiyyətdə fəal iştirakı üçün bütün addımlar atılır. Həmkarlar ittifaqları öz üzərlərinə
düşən məsuliyyəti dərk edərək qarşıda duran vəzifələrin real həyata vəsiqə almasına
var qüvvəsini sərf edəcəkdir.
Qurultay
qeyd edir ki, minimum əməkhaqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması,
onun indeksasiyası, istehlak səbətinin nəzərdən keçirilməsi, inflyasiyanın məqbul
səviyyədə saxlanması Azərbaycan Həmkarlar İttifaqlarının daima diqqət yetirdiyi
məsələlər olmuşdur. Həmkarlar ittifaqları bunların həllini bilavasitə sosial tərəfdaşlığın
əldə olunmasında görür.
Artıq
Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında üçtərəfli Baş Kollektiv Sazişin hazırlanması, bağlanması
və icrası üzrə fəaliyyət öz bəhrəsini vermişdir. Müəssisələrdə işəgötürən və işçilər
arasında tərəfdaşlıq imkanlarının yaradılması üçün həmkarlar ittifaqları var qüvvəsini
sərf edir. Sosial-əmək problemlərinin həllində sosial dialoqun xüsusi əhəmiyyətini
dərk edərək, sosial dialoqun məntiqi nəticəsi olan kollektiv saziş və müqavilələrin
forma və məzmununun təkmilləşdirilməsi üzrə işlər davam etdirilmişdir.
Qurultay
Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətində işçilərin pensiya hüquqlarının
müdafiəsini, yeni sığorta pensiya sistemini, pensiya təminatında sığorta prinsiplərinə
keçidin tətbiq olunmasını üstünlük təşkil edən istiqamətlər kimi dəyərləndirir.
AHİK
daima həmkarlar ittifaqı birliyinin, həmkarlar ittifaqı hərəkatının güclənməsinin
tərəfdarı olmuşdur. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasını və Pan
Avropa Regional Şurasını dünya həmkarlar ittifaqlarını birləşdirən real qüvvə kimi
qəbul etmiş və onlarla konstruktiv əlaqələr qurmuşdur.
Son
illər AHİK və BƏT arasında əməkdaşlıq daha da inkişaf etmişdir. Azərbaycanda bu qurumun ən fundamental və prioritet Konvensiyaları
ratifikasiya olunmuşdur. AHİK-in iştirakı
ilə BƏT-in yoxsulluğun azaldılması, sosial
dialoq, iş yerlərində diskriminasiya hallarına qarşı mübarizə, uşaq əməyi, əmək
miqrasiyası və digər məsələlərə dair əməkdaşlıq layihələri icra olunmuşdur. Bu əməkdaşlıq
layiqli əməyin təminatı üzrə yeni ölkə proqramının təsdiqlənməsini sürətləndirmişdir.
AHİK və onun üzv təşkilatları BƏT-in
101-ci sessiyasında səsləndirilmiş dünyada sosial ədalətin yeni dövrünün başlanmasına
dair çağırışını böyük ümidlə qarşılamış və onun həyata keçirilməsində fəal iştirak
etməyə hazırdır.
Yuxarıda göstərilənləri əsas tutaraq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
1. «2013-2018-ci illər üçün Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətləri» təsdiq
edilsin (əlavə olunur).
2. AHİK-in
İcraiyyə Komitəsinə və üzv təşkilatlarına öz fəaliyyətlərində «2013-2018-ci illər
üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətləri»ni
rəhbər tutmaq tövsiyə olunsun.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təftiş komissiyasınınhesabatı haqqında
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
Təftiş komissiyasının hesabat məruzəsi təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin seçilməsi barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır: Səttar Suliddin oğlu Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilsin.
Üzv təşkilatlardan AHİK-ə üzvlük haqqlarından ayırmaların məbləği barədə Üzv təşkilatlardan AHİK-ə üzvlük haqlarından ayırmaların (bruttodan) məbləği 12% həcmində müəyyən edilsin.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin seçilməsi barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır: Səttar Suliddin oğlu Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilsin.
Üzv təşkilatlardan AHİK-ə üzvlük haqqlarından ayırmaların məbləği barədə Üzv təşkilatlardan AHİK-ə üzvlük haqlarından ayırmaların (bruttodan) məbləği 12% həcmində müəyyən edilsin.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının Mandat komissiyasının tərkibi haqqında
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının IV qurultayı qərara alır:
1. Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının Mandat komissiyasının tərkibi təsdiq edilsin (əlavə
olunur).
2. Növbəti qurultayadək Mandat komissiyasına daimi
fəaliyyət göstərmək səlahiyyəti verilsin.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti barədə
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
1. Qarşıdakı prezident seçkilərində namizədliyinin
irəli sürülməsinə razılıq verməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının
nümayəndələrinin müraciətinin mətni bəyənilsin və qəbul edilsin (əlavə olunur).
2. Qurultay Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinə
tapşırır ki, Azərbaycan Respublikası Prezidentinin seçki kompaniyası başlayanda
İlham Heydər oğlu Əliyevin namizədliyini irəli sürsün və bununla əlaqədar mövcud
qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim
olunmasını təmin etsin.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabat məruzəsi haqqında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
IV qurultayı qərara alır
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının hesabat dövrü ərzində fəaliyyəti
qənaətbəxş hesab olunsun (hesabat məruzəsi əlavə olunur).
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün dünya həmkarlar ittifaqlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müraciəti barədə
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
«Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün dünya həmkarlar ittifaqlarına Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar müraciəti»nin
mətni bəyənilsin və qəbul edilsin (əlavə olunur).
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının Təftiş komissiyasının tərkibi haqqında
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının Təftiş komissiyasının tərkibi təsdiq edilsin (əlavə edilir).
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis üzvlərinin səlahiyyətlərinin tanınması barədə qurultayın Mandat komissiyasının məruzəsi haqqında
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
Naxçıvan Muxtar Respublikası həmkarlar ittifaqından
və sahə həmkarlar ittifaqlarından birbaşa nümayəndəliklə seçilmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis
üzvlərinin səlahiyyətlərinin tanınması barədə qurultayın Mandat komissiyasının məruzəsi
təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının nümayəndələrinin səlahiyyətlərinin təsdiqi haqqında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
IV qurultayına seçilmiş nümayəndələrin səlahiyyətləri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət
təşkilatlarına müraciəti barədə
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
«AHİK-in
IV qurultay nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına
Müraciəti»nin mətni bəyənilsin və
qəbul edilsin (əlavə olunur).