Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin üçüncü plenumu keçirilib
04 Dec 2018
Dekabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) qurumun 2018-2022-ci illər üzrə fəaliyyətinin Əsas İstiqamətləri Proqram sənədinə müvafiq olaraq MİHİ-nin şəhər və rayon komitələri və ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən sosial dialoqun inkişaf etdirilməsi, ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin müdafiəsinə dair üçüncü plenumu keçirilib.
Tədbiri
açan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Cəmilə Səttarova ötən plenumdan indiyədək komitənin fəaliyyəti və gündəlikdə
duran təşkilati məsələlər barədə məlumat verib.
Sosial dialoq və onun sosial ictimai həyatda zəruriliyindən
danışan C.Səttarova bunun qarşılıqlı etimada, bərabər hüquqa, tərəflərin
bir-birinə olan məsuliyyətinə əsaslanan sosial münasibətlərin xüsusi bir
forması olduğunu qeyd edib. Bu baxımdan onun inkişaf etdirilməsi və əməli fəaliyyətdə
ondan daha geniş istifadə edilməsi Həmkarlar İttifaqlarının fəaliyyətinin
strateji xəttini müəyyənləşdirən başlıсa vəzifələrdən biridir. Uğurla aparılmış
sosial dialoqun son nəticəsi tərəflərin əldə etdikləri qarşılıqlı razılaşmalar əsasında
üçtərəfli və ya ikitərəfli müqavilələrin bağlanılmasındadır.
“Azərbaycan Həmkarlar İttifaqları hərəkatının tərkib hissəsi
olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının da sosial dialoqun aparılmasında
və sosial tərəfdaşlıq prinsiplərinin inkişaf etdirilməsində tarixi köklərə əsaslanan
böyük və zəngin təcrübəsi var. MİHİ-nin Respublika Komitəsi ölkənin
sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış
mövqelərini və birgə fəaliyyətini müəyyənləşdirib, tənzimləyən Baş Kollektiv
Sazişin müddəalarını əsas götürərək əməli fəaliyyətində sosial dialoq məsələlərinə
böyük önəm verir. Hazırda sosial tərəfdaşlarımız olan Mədəniyyət, Gənclər və
İdman nazirlikləri və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyəti ilə ittifaq üzvlərinin əmək şəraitinin, sosial-iqtisadi mənafelərinin
və təminatının daha da yaxşılaşdırılmasına yönəlmiş ikitərəfli sahə sazişləri
imzalanıb”, - deyə C.Səttarova qeyd edib.
MİHİ RK-nın sədri bildirib ki, son 10 ildə ölkədə baş verən
hüquqi və sosial iqtisadi problemlərin pozitiv inkişafı, bağlanılmış sazişlərin
icrasına əlverişli imkanlar yaradıb. 2017-сi ildə keçirilmiş Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqının XVIII Konfransında ittifaqın gələcək 5 illik fəaliyyətini
müəyyənləşdirən “Əsas İstiqamətlər” Konsepsiyası qəbul edilib. Məqsəd növbəti 5
ildə sosial dialoqun inkişaf etdirilməsi, təşkilati və Nizamnamə fəaliyyətinin
güсləndirilməsi, ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin və
hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi istiqamətindəki
fəaliyyətin daha da gücləndirilməsi olub.
C.Səttarova, həmçinin əlavə edib ki, hər ilin sonunda ərazi
sazişləri və kollektiv müqavilələr bağlanarkən Respublika Komitəsinin mövqeyini
əks etdirən tövsiyələr hazırlanaraq MİHİ-nin şəhər, rayon və ilk həmkarlar
ittifaqı komitələrinə göndərilib.
Araşdırmalar zamanı bəzi nöqsanların da aşkar edildiyini
bildirən natiq bir çox rayon komitəsində saziş və kollektiv müqavilələrin tərtibatında
bəsitliyə, orfoqrafik səhvlərə və şüarçılığa yol verilir, danışıqların
aparılması üçün ikitərəfli komissiyalar yaradılmır. Saziş və müqavilələrin məzmunları
ildən-ilə təkrarlanır, bəzən isə Respublika Komitəsi tərəfindən hazırlanan və
yerlərə çatdırılan nümunələr heç bir dəyişiklik və əlavələr edilmədən
imzalanmağa təqdim edilir.
Plenumda MİHİ-nin Goranboy rayon komitəsinin sədri Nizami
Abdullayevin, Yevlax rayon komitəsinin sədri Zöhrə Adıgözəlovanın çıxışları
dinlənilib.
Sonda MİHİ-nin işində xidmətlərinə görə fərqlənən bir
qrup şəxs fəxri fərmanlara layiq görülüblər. Həmkarlar İttifaqı işində xidmətlərinə
görə və anadan olmasının 55 illiyi münasibətilə Azərbaycan Dövlət İnformasiya
Agentliyinin Həmkarlar Komitəsinin sədri Azər Əliyev də təltif edilib.