AZ | RU | EN
AZ | EN | RU

Bakıda “Bizim istəyimiz əmək sferasının gələcəyi” mövzusunda konfrans işə başlayıb

12 Sep 2017

Sentyabrın 12- də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Bizim istəyimiz əmək sferasının gələcəyi” mövzusunda konfrans işə başlayıb.

Tədbiri açan BƏT-in Əmək fəaliyyəti üzrə bürosunun mütəxəssisi Qoça Aleksandriya qeyd edib ki, konfransın əsas çağırışı sosial ədalətin yaradılması və qorunmasıdır. Son onilliklər dünya ölkələrinin iş aləmində inkişaf səviyyələrindən asılı olmayaraq dərin dəyişikliklər baş verir. Bu dəyişiklikləri bir neçə müxtəlif faktor tənzimləyir: istehsalatda dəyişikliklərə səbəb olan qloballaşma və texnoloji innovasiyalar, artan bərabərsizlik, qütbləşmə və kənarlaşdırılma, demoqrafik dəyişikliklər, miqrasiya, iqlim dəyişikliyi və 2008-ci ildən başlayan iqtisadi durğunluq.

Qurumun Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Olqa Kulayeva və Moskva ofisinin əmək müfəttişliyi üzrə mütəxəssisi Valentin Mokanu bildiriblər ki, sosial və iqtisadi dəyişikliklərin işçilərə təsiri barəsində narahatlıq geniş yayılıb. Bu məsələ yalnız inkişaf etmiş ölkələrlə məhdudlaşmamalıdı, çünki bu dəyişikliklər bütün ölkə və regionlara aiddir. Sadəcə az inkişaf etmiş ölkələrdə bu proses ləng gedir. İnkişaf etmiş ölkələr əhali köçməsinin dəyişən tendensiyalarına daha tez məruz qalacaqlar.

2013-cü ildə bununla bağlı yüzilliyin təşəbbüsü irəli sürülüb: “əmək sferasının gələcəyi”. “Bizim istəyimiz əmək sferasının gələcəyi” şüarına əsaslanaraq, konfrans qurumun Baş direktorunun təklif etdiyi “yüzilliyin dialoq”ları üzərində qurulub: əmək və cəmiyyət, hamı üçün layiqli iş yerləri, əməyin və istehsalın təşkili, əmək sferasının idarə olunması.

 Video konfrans vasitəsi ilə tədbirə qoşulan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin “Əməyin gələcək sferası” ilə bağlı müraciəti dinlənilib.
Tədbir müzakirələrlə davam edib.

 

FAYDALI KEÇİDLƏR