AZ | RU | EN
AZ | EN | RU

Beynəlxalq Əmək Konfransına hazırlıq

16 Apr 2016

Aprelin 14-15-də Portuqaliyanın Lissabon şəhərində Beynəlxalq Əmək Konfransına hazırlıq görüşü keçirilib. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), Həmkarlar İttifaqı İnsan Hüquqları Departamenti, Pan Avropa Regional Şurası və Fridrix Ebert Fondu tərəfindən təşkil edilmiş tədbirin gündəliyinə bir neçə məsələ çıxarılıb.

Aprelin 14-də BHİK-in prioritetləri təqdim olunub. Regiondakı hədəf ölkələrdə prioritet sahələr və şirkətlər barədə müzakirələr aparılıb. Müzakirələrdə təkliflər irəli sürülüb, iradlar bildirilib. Növbəti məsələ BHİK-in 2016-cı il üçün Həmkarlar İttifaqlarında İnsan Hüquqları Layihəsinin (HİİH) təqdimatı ilə bağlı idi. Təqdimat zamanı riskə hədəf ölkələrin Həmkarlar İttifaqında İnsan Hüquqları üzrə Siyahısına baxılıb. Sonra HİİH-nin strategiyası ətrafında söhbət edilib. Bu qurumun 2016-cı il üçün şəbəkə fəaliyyət planı hazırlanıb. Plana dair iradlar və təkliflər səsləndirilib. Sonda plan bəyənilib və qəbul olunub.

Aprelin 15-də iş günü 2015-ci ildə keçirilmiş Beynəlxalq Əmək Konfransının əsas elementlərinin müzakirəsi ilə başlanıb və 2015-ci ilin hesabatlarına yenidən baxılıb.

Sonra iştirakçılar fəaliyyətlərini qruplarda davam etdiriblər. Qruplarda BHİK-in təqdim etdiyi mövzular araşdırılıb. Onlara uyğun olaraq fərdi təkliflər irəli sürülüb. Həmin təkliflərin ən səmərəlisi kollegial şəkildə seçilib müəyyənləşdirilib.

Qruplarda hazırlanmış məsələlərin ümumi iclasda hesabatı dinlənilib.

Konfransa dəvət olunanlar sırasında AHİK sədrinin müavini Aqil Dadaşov və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Fuad Məmmədov da var idi. A.Dadaşov ən mühüm məsələlər barədə gedən müzakirələrdə fəal iştirak edərək, Azərbaycan həmkarlar ittifaqlarının iş təcrübəsini xarici həmkarlarının diqqətinə çatdırıb.

Ülfət" qəzeti

16 aprel 2016-cı il

FAYDALI KEÇİDLƏR