AZ | RU | EN
AZ | EN | RU

Birinci vitse-prezidentin təşəbbüsünə metropolitençilər də qoşulub

27 Apr 2020

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından problemin həlli üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüsə əsasən, “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Mərkəzi Qan Bankı peşəkar tibbi briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor müayinə olunub, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Aksiyada 64 donordan qan götürülüb.
Tibb mütəxəssisləri aksiyada iştirak edənlərə qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü donorluğun məramından danışıb, belə aksiyanın xeyirxahlıq ifadəsi olduğunu bildirib, həmçinin qanvermənin insanın öz sağlamlığı baxımından əhəmiyyətindən söz açıblar.
Onu da qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də ənənəvi qanvermə aksiyası cari ilin fevral ayında 6-cı dəfə keçirilmişdi. Bakı metropolitenində təşkil edilən könüllü qanvermə aksiyalarının məqsədi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq, bu məsələnin sosial mahiyyətinə cəmiyyətin diqqətini cəlb etməkdir. 

FAYDALI KEÇİDLƏR