AZ | RU | EN
AZ | EN | RU

Daşkənddə“Əmək sferasının gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib

14 Dec 2018

Dekabrın 14-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Əmək sferasının gələcəyi: Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illiyi astanasında layiqli əməyin təmin edilməsi üzrə təşəbbüslər” adı altında beynəlxalq konfrans keçirilib. 

BƏT və Özbəkistan hökumətinin təşkilatçısı olduğu bu tədbirə 10 ölkədən nümayəndə qatılıb.
Konfransın açılış mərasimində BƏT-in baş direktoru Qay Rayder, Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər çıxış ediblər. Çıxışlarda əməyə, məşğulluğa və sosial tərəfdaşlığa dair yanaşmalar səslənib. Uğurların qazanılması vacib olan əsas hədəflər üzrə fəaliyyət istiqamətləri açıqlanıb. Səmərəli məşğulluğa dair strateji proqramların hazırlanması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, xüsusilə gənclər və qadınlar arasında peşə təhsili sisteminin, özəl məşğulluq agentliklərinin inkişafı, miqrantların sosial müdafiəsinin gücləndirilməsi və sair məsələlərə diqqət çəkilib.

Konfrans çərçivəsində iki plenar və üç bölmə iclası keçirilib. Əmək üzrə bölmə iclasında Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Dayanıqlı İnkişaf Məqsədlərinə layiqli əməyi inkişaf etdirməklə çatmaq mümkündür” mövzusunda məruzə edib.  Bölmə iclaslarında digər ölkələrdən gəlmiş nümayəndələrin də məruzələri dinlənilib.
Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov da əməyin mühafizəsi ilə bağlı çıxış edib.

FAYDALI KEÇİDLƏR