Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı növbəti seminar keçirilib
11 Oct 2019
Oktyabrın 11-də Şamaxı şəhərində AHİK-in təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “2019-cu ilin iyulunda Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə yüksək səviyyəli forumun yekunu və qarşıda duran vəzifələr, tövsiyələr” mövzusunda seminar keçirilib.
Seminarı açan AHİK-in katibi – Aparat rəhbəri Həsən
Cəfərov seminarın məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib.
Həsən Cəfərov bildirib ki, Respublikamızda Dayanıqlı
İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şura Milli
Könüllü hesabatı hazırlayarkən bütün maraqlı tərəflərlə görüşlər keçirib,
Şuranın işçi qrupları tərəfindən bir sıra təlimatlar hazırlanıbdır. Azərbaycanın
regionda bu məqsəd üçün yol xəritələrini təsdiqləyən ilk ölkə olduğunu
vurğulayan H. Cəfərov qeyd edib ki. məhz buna görə də Azərbaycan Dünya Bankının
2018-ci il üçün Ticarətin Asanlığı Hesabatında top 10 ölkələr sırasına daxil
olub.
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində
əldə edilən nailiyyətlər haqqında danışan AHİK-in şöbə müdiri N. Hüseynov, AHİK-in
beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi R. Qarayeva BMT-nin Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə yüksək səviyyəli forumunda DİM üzrə Azərbaycan hökumətinin
ikinci milli könüllü hesabatı-əsas çağırışları barədə seminar iştirakçıları
qarşısında çıxış ediblər.
Tədbirdə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin
müdir müavini Ə. Cəfərov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsində həmkarlar ittifaqlarının rəhbər işçilərinin və fəallarının
qarşısında duran əsas vəzifələri seminar iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə müzakirə olunan məsələlər ətrafında
diskussiyalar keçirilib.
Seminarın işində Şamaxı
şəhərinin və ətraf rayonların həmkarlar ittifaqı fəalları iştirak edib.