AZ | RU | EN
AZ | EN | RU

“Disput klub” fəaliyyətə başladı

31 Jan 2020

Yanvarın 31-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində gənc üzvlərin “disput klub”u keçirilib.

Sahə Hİ rayon komitə sədrlərinin və gənc fəalların iştiak etdiyi yığıncağı Respublika Komitəsinin sədri Cəmilə Səttarova açıb.
 O, qarşıdan gələn 2 Fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edərək deyib ki, gənclərin həmkarlar ittifaqına üzvlüyə motivasiyası onların maraqlarına cavab verməkdən, tələblərinə uyğun təkliflər irəli sürməkdən və dəstək olmaqdan keçir. Bunun üçün ilk təşkilatlardan tutmuş, respublika komitələrinə kimi həmkarlar ittifaqları tərəfindən gənclərin problemləri araşdırılır, çoxsahəli tədbirlər keçirilir, kollektiv müqavilələr bağlanılır, daimi seminarlar, treninqlər, forumlar təşkil olunur. Sahə Hİ gənclərinin forumlarının yekunlarını təhlil etdikdə gənc üzvlərimizin bir ictimaiyyətçi kimi böyük potensialı olduğunu gördük və orada verilən təklifləri nəzərə alaraq disput klubun təşkilinə qərar verdik.

Burada məqsədimiz gənc üzvlərin həmkarlar ittifaqı işində fəallığını artırmaqdır. “Disput klub”da  hər hansı mövzu haqqında hər kəs müəyyən qaynaqlara əsaslanaraq, öz fikrini ifadə etmək imkanına malik olacaq. Respublika Komitəsinin müxtəlif təşkilatlarında mütəmadi olaraq təşkil olunacaq “disput klub”da qoyulan mövzular və klubun iştirakçıları daim dəyişəcək.
Tədbirdə çıxış edən gənclər belə bir təşəbbüsün təqdirəlayiq və faydalı olduğunu qeyd etdilər. 

FAYDALI KEÇİDLƏR