Dövlət qrumlarında çalışan aztəminatlı işçilərə yardımlar edilib
14 May 2020
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidməti sahəsinə daxil olan nazirlik, komitə və digər mərkəzi orqanların Birləşmiş həmkarlar itifaqı komitələri və ilk təşkilatları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edirlər.
Belə ki, Müdafiə Nazirliyi, Daxili
İşlər Nazirliyi, Baş
Prokurorluq, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər
Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin işi
üzrə Dövlət Komitəsi,Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyinin həmkarlar ittifaqı
komitələri öz büdcələri hesabına xüsusi yardıma və qayğıya ehtiyacı olan 2120 aztəminatlı ailəyə ərzaq yardımı
paylamış, 1079 nəfər həmkar üzvlünə maddi yardım vermiş, həmçinin iş yerlərində virusdan qorunmaq üçün ümumi
sayı 21240 ədəd olan qoruyucu maska, əlcək, spirt və dezinfeksiyaedici maddələr
almışdır.