Əmək hüquqları ilə bağlı aktual suallara cavablar
01 Oct 2019
Bir cinayət işi üzrə hal şahidi kimi ifadə vermək üçün istintaq orqanına çağırılmışam. Bilmək istəyirəm, istintaqa getdiyim müddət üzürlü hesab ediləcəkmi və mənim əməkhaqqımdan işdə olmadığım müddət üçün pul tutulacaqmı? İşdə buna görə problemim olmaz?
Əmək
Məcəlləsinin 179-cu maddəsi ilə işçilərin iş yerinin və orta əmək haqqının
saxlandığı hallar müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən,işçi
qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai
vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi
(peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.Maddənin 2-ci
hissəsində işçinin iş yeri və orta əməkhaqqı saxlanılan hallar sadalanmışdır.
İşçinin şahid, zərərçəkmiş
şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai
istintaq və məhkəmə orqanlarına çağırılması da iş yeri və orta əməkhaqqı
saxlanılan hallara aid edilmişdir. Əvvəlcədən işdə bilavasitə rəhbərinizi (
şöbə,sex müdirini) xəbərdar edib və sonra üzərində istintaq orqanında olmağınızı
təsdiq edən qeyd aparılmış çağırış vərəqəsini təqdim etsəniz, Sizin iş yerində
heç bir probleminiz olmaz.