Tatarıstan həmkarlar ittifaqları nümayəndə heyəti ilə görüş keçirilib
19 Oct 2018
Oktyabrın 19-da Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkartlar İttifaqı Respublika Komitəsində Tatarıstanın Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Respublika Komitəsinin sədri Hikmət Osmanov hörmətli qonaqları salamlayaraq onlara xoş arzularını bildirib.
Komitənin aparat rəhbəri Şaiq Əhmədov təşkilatın fəaliyyəti barədə ətraflı məlumatla çıxış edib. O, qeyd edib ki, 80 min üzvü olan təşkilat dövlət idarəsi və xidmət sahəsində çalışan hər bir işçinin hüquqlarını qoruyan ən güclü təşkilatlardan biridir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası və Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Mixail Şmakovla AHİK sədri, BHİK-in vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyevin ən yaxın münasibətlərindən danışaraq qeyd edib ki, ölkələrimiz arasında həmişə yaxşı dostluq əlaqələri olub. Rusiya prezidenti cənab Vladimir Putinin dəfələrlə Azərbaycana səfəri bizim xoş əlaqələrimizdən xəbər verir O, bildirib ki. Azərbaycan həmkarlar ittifaqlarının 115 illik tarixi vardır. 1904-cü il dekabrın 30-da “Elektrosila” zavodunda neft sənayeçiləri ilə böyük fəhlə kütləsinin əhatəsində ilk kollektiv müqavilə imzalanıb. “Mazut müqviləsi” adı ilə tarixə düşən bu müqavilədə tətil günləri üçün fəhlələrə əməkhaqqı ödənilməsi, mənzil, kerosin, neft və su verilməsi, əmək qabiliyyətini itirənlər üçün 3 ay müddətində əməkhaqqının yarısının saxlanması, tətilçilərin cəzalandırılmayacağına təminat verilməsi nəzərdə tutulurdu. İ.Əliyev daha somra Azərbaycan həmkarlar ittifaqlarının çoxcəhətli fəaliyyəti barədə qonaqlara geniş məlumat verib.
Tatarıstan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Olqa Kalaşnikova çıxışında qeyd edib ki, 80 ilk təşkilatımız 40 min üzvü birləşir. Təşkilatlarımız arasında çox yaxın əlaqələr var. Biz AHİK və sahə təşkilatının rəhbərliyinə bu qəbul üçün ən dərin minnətdarlığımızı bildiririk.
Sonda Tatarıstan nümayəndə heyətinin AHİK-ə xatirə hədiyyələri təqdim olunub. Hədiyyənin üstündə Azərbaycan və rus dilində yazılmış sözlər əbədi dostluğun təzahürü kimi yadda qalıb: “Tək olanda edə biləcəklərimiz azdır, birlikdə çox şey əldə edə bilərik. Buna mütləq nail olacağıq”.
Görüşün sonunda Azərbaycanın və Tatarıstanın Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq haqqında müqavilə imzalanıb.