AZ | RU | EN
AZ | EN | RU

Əməkdaşlıq perspektivlərini müzakirə etmişlər

08 Oct 2019

Oktyabrın 8-9-da Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının yaranmasının 95 illiyi ilə bağlı “Dövrün reallıqları və yenı çağırışlar” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilmişdir.

110 nümayəndənin qatıldığı “dəyirmi masa”da müəllimlərin müasir cəmiyyətdəki statusu, elm və təhsil işçilərinin qlobal problemlərinin həlli yolları, təcrübə mübadilələrinin aparılmasının vacibliyi müzakirə olunmuşdur.
Tədbirdə Beynəlxalq Təhsil Birliyinə üzv olan təşkilatların rəhbər şəxsləri və mütəxəssisləri, Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin, Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri, Qazaxıstan Respublikasının təhsil naziri, parlamentinin deputatları, ölkənin ali məktəblərinin rektorları, həmçinin digər ölkələrin elm və təhsil işçiləri həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak etmişdir.
“Dəyirmi masa”da ölkəmiz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Oktyabrın 9-da Qazaxıstan Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqının XIV qurultayı keçirilmişdir. 157 nümayəndənin iştirak etdiyi qurultayda Aygül Mukaşeva yekdilliklə 2019-2024-cü illər üçün sədr, Viktor Bejenarov və Aliya Abiyeva sədr müavinləri seçilmişlər.
Səfər çərçivəsində ATİAHİ sədrinin birinci müavini H.Nağıyev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Kristina Blover və baş katibi Susan Flokenlə görüş keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

FAYDALI KEÇİDLƏR