AZ | RU | EN
AZ | EN | RU

Əməyin gələcəyi ilə bağlı aktual məsələlər müzakirə olundu

29 Mar 2017

Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans keçirilib. 

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resursların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir: “Bu baxımdan BƏT-in Baş direktoru cənab Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Əminliklə qeyd etmək olar ki, yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, artıq əmək sferasının da transformasiyasına səbəb olur. Həm də, təəssüf ki, bu transformasiya, BƏT-in Baş katibinin məruzəsində qeyd edildiyi kimi, dəyişikliklərin vektorunun sosial ədaləti təmin etmək tərəfə deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir”. «Əməyin gələcəyi» təşəbbüsü üzrə BƏT tərəfindən müzakirə üçün təklif olunan mövzular (“Əmək sferası və cəmiyyət”, “Əməyin və istehsalın təşkili”, “Hamı üçün layiqli iş yerləri” və “Əmək sferasının idarə olunması”) yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, miqrasiya prosesləri, təhsil imkanlarının genişləndirilməsi kontekstində əmək sferasına daha geniş bucaq altında nəzər salmaq və bu sahədə baş verə biləcək dəyişikliklərə öz baxışımızı formalaşdırmaq imkanı yaradır. S.Müslümov nəzərə çatdırıb ki, Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsü ilk növbədə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada müzakirə olunub. Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi üçün milli prioritetlər əsasında 4 mövzu (“Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri”, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu”) müəyyən olunub. Aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm və təhsil ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək sferasının gələcək perspektivləri ətrafında müzakirələr aparılıb

. Tədbirdə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli əməyin gələcək sferasında baş verə biləcək dəyişikliklərin qlobal miqyasda əsas müzakirə mövzularından olduğunu qeyd edib. Komitə sədri bu gün Azərbaycanda uzunmüddətli sosial-iqtisadi inkişafın təmin olunması üçün aparılan siyasətin eyni zamanda əmək bazarının gələcək inkişafına yönəldiyini bildirib.

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev əməyin gələcək sferası ilə bağlı ölkəmizdə milli dialoq çərçivəsində aparılan müzakirələrin əhəmiyyətindən bəhs edib. Əvvəlcə onu diqqətə çatdırıb ki, respublikamızda əmək münasibətlərinin təkmilləşdirilməsi, bu sahədə insanların qanuni hüquq və mənafelərinin təmin edilməsi naminə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq get-gedə genişlənməkdədir. BƏT-in təşəbbüsü ilə ona üzv olan dövlətlərdə milli dialoqun, sosial partnyorları, vətəndaş cəmiyyəti institutlarını və elmi dairələri cəlb edilməklə, inkişafı üzrə atılan addımlar təqdir olunmalıdır. S.Möhbalıyev BƏT-in müəyyənləşdirdiyi 8 əsas istiqamətdən həmkarlar ittifaqı üçün prioritet olan 4-nün konfransın müzakirəsinə çıxarılmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlığını bildirib. Sonra çıxışına davam edərək deyib, bəllidir ki, əmək sferasının problemlərini texnoloji inqilablar, urbanizasiya, demoqrafik dəyişikliklər, miqrasiya, qeyri-formal iqtisadiyyat, işsizlik kimi hallar şərtləndirir. Burada texnologiyanın təkmilləşdirilməsi ilə bağlı problemləri xüsusilə qeyd etmək lazımdır. Texnoloji inkişaf sayəsində, təbii ki, yüksək məhsuldarlıq əldə edilir, xərclərə qənaət olunur, risklər azaldılır. Bu və başqa nailiyyətlərlə yanaşı, eyni zamanda çoxsaylı iş yerləri ləğv edilir, bir çox hallarda işçilər gərgin iş şəraitində işləməli olurlar. Biz texnoloji inkişafın tərəfdarıyıq. Lakin üzvlərimizin işlə təmin edilməsi, onların iş şəraitlərinin yaxşılaşdırılması, sosial müdafiəsi bizim üçün daha önəmlidir. Bu baxımdan təbii resursların məhdudluğu, demoqrafik dəyişikliklər, miqrasiya kimi problemlərin sosial-iqtisadi inkişafa, işçilərin layiqli əməklə təminatına təsiri öyrənilməlidir. Bütün bunları nəzərə alaraq müzakirəyə çıxarılan məsələləri aktual və vacib hesab edirik. Sonra Səttar Möhbalıyev dedi, respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş genişmiqyaslı islahatlar həyata keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar, layiqli əmək şəraiti əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə geniş imkanlar açmışdır. Bildiyiniz kimi, ölkə Prezidenti tərəfindən 2017-ci il martın 17-də «Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası» komissiyasının yaradılması barədə sərəncam imzalanmışdır. Bu komissiyanın məqsədləri bütövlükdə həmkarlar ittifaqlarının istəklərinə tam cavab verir, hər bir işçinin əmək hüquqlarının müdafiəsini təmin edir. Bunlara görə ölkə başçısına dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, komissiyanın fəaliyyəti bu gün müzakirə etdiyimiz məsələlərin də həllində mühüm rol oynayacaqdır. Sözsüz ki, 2016-2020-ci illər üçün Azərbaycan Respublikasında Layiqli Əmək üzrə Ölkə Proqramının qəbulu cəmiyyətdə sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təkan verəcəkdir. Beynəlxalq Əmək Təşkilatı layiqli əmək anlayışını «Azadlıq, bərabərlik, təhlükəsizliyin təmin olunduğu və insan ləyaqətinin uca tutulduğu şəraitdə qadın və kişilər üçün layiqli və məhsuldar əməyin əldə edilməsi imkanları» kimi dəyərləndirir. AHİK bu dəyərləndirməni tam dəstəkləyir və fəaliyyətimizin vacib istiqamətlərindən biri hesab edir. Təsadüfi deyil ki, Baş Kollektiv Sazişdə tərəflər, üzərlərinə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində, Layiqli Əmək üzrə Ölkə Proqramının icrasını təmin etmək öhdəliyini götürmüşlər. Bu öhdəliyi yerinə yetirmək üçün AHİK-in İcraiyyə Komitəsi 2016-2017-ci illər üçün sahə (tarif) sazişləri və kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqının mövqeyini əks etdirən tövsiyələr qəbul etmişdir. Həmin sənəddə həmkarlar ittifaqı təşkilatlarına səylərini ilk növbədə əməkhaqqı siyasətinin və əməyin ödənilməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə, orta aylıq əməkhaqlarının artırılmasına yönəltmələri tövsiyə olunmuşdur. S.Möhbalıyev daha sonra dedi, Beynəlxalq Əmək Təşkilatının «Yüzilliyin dialoqu» layihəsi çərçivəsində ölkəmizdə keçirilən «Milli dialoq» üçün bir sıra prioritetlər müəyyən edilmişdir. Diversifikasiyanın köməyi ilə iqtisadiyyatın, texniki modernizasiyanın və innovasiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, layiqli iş yerlərinin yaradılması, sahibkarlıq, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi bu prioritetlər sırasındadır. Səttar müəllim prioritet vəzifələrlə yanaşı, həmkarlar ittifaqının həlli ilə məşğul olduğu digər problemləri də diqqətə çatdırdı. Bildirdi ki, iqtisadi inkişafın ətraf mühitə mənfi təsir göstərməsinin qarşısı alınmalıdır. Kişilərin, qadınların, gənclər və əlillərin tam və məhsuldar məşğulluqla, layiqli işlə təmin olunmalarına səy göstərilməlidir. Məcburi əmək ləğv edilməlidir. Müasir quldarlıq, insan alveri, uşaq əməyinin istismarını aradan qaldırılmalıdır. Stabil iş yeri olmayan işçilər, o cümlədən miqrantlar, xüsusilə qadın-miqrantlar, eləcə də bütün işləyənlər təhlükəsiz iş yerləri ilə təmin edilməlidir. Onların əmək hüquqlarının qorunması, iş yerlərinin yaradılmasına vəsilə olan daimi turizmin inkişafı, əhalinin maliyyə xidmətlərindən bəhrələnmək imkanının genişləndirilməsi də qarşımızda duran mühüm vəzifələrdəndir. Ümid edirəm ki, bu yaxınlarda yaradılmış Milli Üçtərəfli Komissiya «Milli dialoq» çərçivəsində müəyyən edilmiş məsələləri öz iclaslarında müzakirəyə çıxaracaq və gələcəyin əmək sferasına dair problemləri sosial tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində həll etməyə çalışacaqdır. Digər tərəfdən, hesab edirəm ki, bugünkü müzakirələrin yekunu olaraq tərəfdaşlarımızın vahid mövqeyi ortaya qoyulacaq və onun əsasında prioritet məsələlərin həlli, birgə layihələrin və proqramların hazırlanıb yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcəkdir. Bu məsələlərin daha geniş müzakirəsinə nail olmaq üçün müvafiq struktur bölmələrimizin bu işə cəlb edilməsi məqsədyönlü olardı. Çünki Azərbaycan həmkarlar ittifaqları dünya təcrübəsindən yararlanaraq öz üzvlərinin sosial və iqtisadi hüquqlarının müdafiəsinin təşkilini sosial tərəfdaşlarımız – Azərbaycan Hökuməti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə konstruktiv əməkdaşlıqda görür. İnanıram ki, tədbirimiz uğurla yekunlaşacaq və bu sahədə mühüm irəliləyişlər əldə olunmasına şərait yaradılacaqdır.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev müasir texnologiyaların iqtisadiyyatda geniş tətbiqinin işçi qüvvəsinin də rəqabət qabiliyyətinin artırılması tələbini getdikcə gücləndirdiyini vurğulayıb. BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsünə uyğun keçirilən tədbirləri, habelə müzakirə üçün müəyyən edilmiş mövzuları yüksək dəyərləndirib. Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərovun «Layiqli Əməyin təmin olunmasında həmkarlar ittifaqının rolu» mövzusunda çıxışı dinlənildi. Dedi ki, AHİK-in İcraiyyə Komitəsi 2017-ci il martın 14-də «Azərbaycan Respublikası 2016-2020-ci illər üçün Layiqli Əmək üzvə Ölkə Proqramı»nın həyata keçirilməsinə dair Konsepsiya» qəbul edib. Konsepsiyada Ölkə Proqramının həyata keçirilməsi və layiqli əməyin təmin edilməsi üçün həmkarlar ittifaqlarının əsas prioritetləri – layiqli əməkhaqqı, qadınların diskriminasiya hallarına qarşı mübarizə, gənclərin məşğulluğu, işçilərin əməyinin və sağlamlığının mühafizəsi, sosial əməkdaşlarla dialoqun inkişafı, həmkarlar ittifaqına üzvlüyün motivasiyası, mülkiyyət münasibətlərindən asılı olmayaraq bütün müəssisə, təşkilat, firma, şirkətlərdə, o cümlədən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və digər məsələlər qarşıda duran vəzifələr kimi müəyyənləşdirilib. Konfransda BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Bürosunun məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin “Gələcəyin əmək sferası”, BƏT-in baş təlimçisi Azad Rəhimov “Məşğulluq və inkişaf təlimçilərinin peşəkar qurumunun yaradılması” təqdimatları ilə çıxış ediblər. Tədbirdə həmçinin “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri” mövzusunda panel müzakirələrin nəticələri təqdim edilib.

Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərovun "Layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqının rolu" mövzusunda çıxışı dinlənildi. H. Cəfərov dedi ki, AHİK-in İcraiyyə Komitəsi 2017-ci il martın 14-də "Azərbaycan Respublikası 2016-2020-ci illər üçün Layiqli Əmək üzvə Ölkə Proqramı"nın həyata keçirilməsinə dair  Konsepsiya" qəbul edib. Konsepsiyada Ölkə Proqramının həyata keçirilməsi və layiqli əməyin təmin edilməsi üçün həmkarlar ittifaqlarının əsas prioritetləri - layiqli əməkhaqqı, qadınların  diskriminasiya hallarına qarşı mübarizə, gənclərin məşğulluğu, işçilərin əməyinin və sağlamlığının mühafizəsi, sosial əməkdaşlarla dialoqun inkişafı, həmkarlar ittifaqına üzvlüyün motivasiyası, mülkiyyət münasibətlərindən asılı olmayaraq bütün müəssisə, təşkilat, firma, şirkətlərdə, o cümlədən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və digər məsələlər qarşıda duran vəzifələr kimi müəyyənləşdirilib.

  Konfransda BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Bürosunun məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin “Gələcəyin əmək sferası”, BƏT-in baş təlimçisi Azad Rəhimov “Məşğulluq və inkişaf təlimçilərinin peşəkar qurumunun yaradılması” təqdimatları ilə çıxış ediblər. Tədbirdə həmçinin “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri” mövzusunda panel müzakirələrin nəticələri təqdim edilib. Konfrans yerli ekspert Emil Əsgərovun “Əməyin gələcəyi” mövzusunda təqdimatı, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin təmin olunmasında həmkarlar təşkilatlarının rolu”, “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu”  mövzularında panel müzakirələrin nəticələrinin təqdim olunması və müzakirələrlə davam edib.

FAYDALI KEÇİDLƏR