AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi.
 
Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi təsis yığıncağının 11 sentyabr 2018 ci il tarixli qərarı ilə yaranmış və 28 sentyabr 2018 ci il tarixdə  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinində qeydiyyata alınmışdır.
Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı birliyi 4000-dən çox həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirməklə 5 ilk həmkarlar ittifaqını əhatə edir.
Həmkarlar İttifaqı Birliyinin ali orqanı beş ildə bir dəfədən gec olmayaraq çağırılan Konfransdır. Konfranslararası dövrdə Həmkarlar İttifaqı Birliyinin rəhbər orqanı Məclisdir, Məclislərarası dövrdə icraçı orqan - İcraiyyə Komitəsidir.
İşəgötürənlə əmək kollektivinin  arasında əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləmək məqsədi  ilə 2019-2021-ci illər  üçün bağlanmış Sahə (Tarif) Sazişindən istifadə olunur.

FAYDALI KEÇİDLƏR