AZ | RU | EN
AZ | EN | RU

Görülən işlər qənaətbəxş qiymətləndirilib

28 Nov 2018

Noyabrın 28-də Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin IV plenumu keçirilib.  

Respublika Komitəsinin sədri Fəzail Bağırov çıxış edərək bildirib ki, sahə üzrə son illərdə əldə olunan uğurlar işçilərin qanuni hüquqlarının həyata keçirilməsi işinə də müsbət təsir göstərib.  Əmək Məcəlləsinin elə bir tələbi yoxdur ki, ona əməl olunması istiqamətində tədbirlər görülməsin.  Mən yalnız bir faktı diqqətinizə çatdırmaqla kifayətlənəcəm. Oktyabrın 13-də sahə işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli yığıncaqda 22 nəfər dəmiryolçuya cəmiyyətin vəsaiti hesabına tikilmiş mənzillərin açarları verilib. Bildiyiniz kimi, Əmək Məcəlləsinin maddələrindən biri də işçilərin əməyinin layiqincə dəyərləndirilməsidir. Bizim və tərəfdaşımız olan QSC-nin rəhbərliyi tərəfindən bir qrup sahə işçisi ali dövlət mükafatlarına təqdim olunmuşdu. Həmin mükafatlar da elə adını çəkdiyim təntənəli iclasda sahiblərinə verilib.
Sonra məruzə üçün söz Respublika Komitəsinin sosial-iqtisadiyyat şöbəsinin müdiri Fətəli Bəyimov və baş texniki əmək müfəttişi Hüseyn Cəfərova verilib. Natiqlər bildiriblər ki, Cəmiyyətdə işçilər əmək müqaviləsinə uyğun və ştat cədvəli üzrə vəzifəsi qeyd olunmaqla, işə götürülürlər. İşçilərlə bağlanmış əmək müqavilələri, eləcə də razılaşmalar, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla, əmək qanunvericiliyinə uyğun olaraq ləğv edilir.
İşçilərin əməyinin ödənilməsi sistemi təkmilləşdirilərək, bütün işlərin xüsusiyyətləri nəzərə alınmaqla, yeni tarif dərəcələri və vəzifə maaşları hazırlanaraq hər ilin əvvəlində ştat cədvəlləri təsdiq edilir. İşçilərin əmək prosesi, eləcə də sosial təminatları əmək qanunvericiliyi ilə müəyyən edildiyi kimi həyata keçirilir.
Natiqlər “ADY” QSC-nin departament, MMC, idarə və müəssisələrində   əməyin mühafizəsinin ümumi vəziyyəti haqqında da məlumat veriblər. Bildiriblər ki, yeni maşın-mexanizm, qurğu və avadanlıqların alınması və istismara verilməsi əl əməyinin yüngülləşməsinə, təhlükəsizliyinə, əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olub. Ətraf mühitin mühafizəsi sahəsində daimi olaraq müəssisələrin ərazilərində dəmir yolu zolağı boyunca abadlaşdırma, yaşıllaşdırma işləri aparılır. İş otaqları təmir edilib, kondisionerlərlə təchiz olunub, otaqların qızdırılması və işıqlandırılması üçün lazımi tədbirlər görülüb. Əmək Məcəlləsinin 62-ci və 226-cı maddələrinin tələblərinə əsasən, işçilər ilkin və növbəti tibbi müayinədən vaxtlı-vaxtında keçirilir.  215-ci maddəyə əsasən isə, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi təsbit edilib. Belə ki, ağır, zərərli və təhlükəli işlərdə çalışan işçilər müəssisə tərəfindən xüsusi iş geyimləri ilə təmin olunurlar.
Məruzələr ətrafında çıxışlarda görülən işlər qənaətbəxş qiymətləndirilib.
Plenumun işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov iştirak və çıxış edib.

FAYDALI KEÇİDLƏR