Həmkarlar ittifaqı fəalları öz təcrübələrini bölüşdülər
14 Apr 2016
Aprelin 12-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) xətti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "İqtisadi böhranın dərinləşməsi şəraitində həmkarlar ittifaqının fəaliyyəti və perspektivləri" mövzusunda beynəlxalq seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd Azərbaycan
həmkarlar ittifaqlarının vəziyyətinin və fəaliyyətinin təhlili, iş yerlərində həmkarlar
ittifaqı üzvlərinin maraq və hüquqlarının müdafiəsini təmsil etməkdə həmkarlar
ittifaqlarının bacarıqlarının möhkəmləndirilməsinin istiqaməti və yollarının müəyyənləşdirilməsidir.
Seminarı AHİK sədrinin birinci müavini
İlyas Əliyev açaraq gündəlikdə duran məsələlərin müzakirəsində
iştirak edən sahə həmkarlar ittifaqının nümayəndələrinə səmərəli fəaliyyət
arzulayıb. İ. Əliyev deyib ki, gələcək fəaliyyətimiz üçün bu seminar baza
rolunu oynayacaq. Ona görə də bu istiqamətdə mütləq öz fikir və mövqelərimizi
bildirməliyik. Dialoq və fikir mübadilələri ilə zəngin keçən seminarda
qonaqların təcrübəsindən daha məqsədli şəkildə yararlanmaq lazımdır.
Seminarda BƏT-in işçilərin fəaliyyəti üzrə baş mütəxəssisi Sergius
Qlovaskas təmsil etdiyi qurum və onun fəaliyyəti haqqında məlumat verib. Seminar nəticəsində
müəyyən təcrübə qazanılacağına əminliyini bildirib. Həmçinin bu görüşün daha
bir məqsədinin həmkarlar ittifaqı təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi
olduğunu qeyd edib: "Təbii ki, Azərbaycanda bu sahədə problem yoxdur. Əsas
məqsədimiz layiqli əmək şəraitinin yaradılması, işçilərin hüquqlarının
qorunması və sosial məsələlərin həll edilməsidir. Kollektiv müqavilələrin yeni
yaradılan müəssisələrdə tətbiqinə nail olmaq lazımdır. Ümumiyyətlə, iyirmi birinci
əsrdə əmək necə olmalıdır və onun barəsində ictimai rəy hansı formadadır kimi
mülahizələrə aydınlıq gətirilməlidir.
BƏT-in eksperti Vsevolod Barbaneaqra bu tədbirdən gözləntilərinin nədən ibarət olacağını deyib. Qeyd edib ki, problemlərin aradan qaldırılması üçün elə yol müəyyənləşdirilməlidir ki, maneələr olmasına baxmayaraq, həmkarlar ittifaqları inkişaf etsin. İşçilərin hüquqları qorunsun, onların sosial problemləri həllini tapsın. İlk növbədə bir-birimizi bu sahədə olan vəziyyət barəsində məlumatlandırmalıyıq. Konkret həmkarlar ittifaqı təşkilatının hər bir üzvünün fəaliyyətinin nədən ibarət olacağı aydınlaşdırılmalıdır. Əlbəttə, bu suallara cavab tapsaq və onu reallaşdırsaq müsbət nəticələrə nail ola bilərik.

Daha sonra qruplar şəklində müzakirələr
aparılıb. Qruplarla iş zamanı müasir həmkarlar ittifaqı və onun əsas prinsip və
istiqamətləri, sosial tərəfdaşlıq haqqında diskussiyalar olub. Həmçinin həmkarlar
ittifaqının güclü və zəif tərəfləri, səviyyəsinin təhlili, zəif tərəflərin
azaltma yollarının axtarışı, güclü tərəflərin möhkəmləndirilməsi və həmkarlar
ittifaqı fəaliyyətinin səmərəliliyinin artırılması yollarının axtarışı barədə
seminar iştirakçıları geniş fikir mübadiləsi aparıb, öz rəy və təkliflərini həmkarlarının
diqqətinə çatdırıblar.
Seminarın işi üç gün davam edib.