İkitərəfli əlaqələrin təməli qoyuldu
26 Nov 2019
“Türkiyənin “Basisen Banka-Finans ve Sigorta İşçileri Sendikası”nın dəvəti ilə “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının (HİF) vitse- prezidenti Xəyyam Nəsibovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-29-da İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti “Basisen Banka-Finans
ve Sigorta İşçileri Sendikası”nın Genel başkanı Metin Tiryakioğlu və sendikanın
digər məsul şəxsləri ilə görüşmüşdür. X.Nəsibov Sendikanın kollektivinə, başda
Metin Tiryakioğlu olmaqla, “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının
prezidenti İlyas Əliyevin salamlarını çatdırmışdır.
Sendikanın baş ofisində keçirilmiş görüşdə hər iki təşkilatın
fəaliyyəti barədə geniş məlumat verilmiş, bu ilk görüşün təşkilatlar arasında gələcək
faydalı əməkdaşlığa zəmin yaradacağı qeyd edilmişdir.
X.Nəsibov bu səfərin baş tutmasında sendikanın başkanı
Metin Tiryakioğlunun və beynəlxalq əlaqələr departamentinin rəhbəri Meral
Günençin rolunu xüsusi vurğulamışdır. Onlara xatirə hədiyyələri təqdim etmişdir.
M. Tiryakioğlu bu ilk əlaqəni yüksək dəyərləndirərək,
onun tarixi əhəmiyyət daşıdığını bildirmişdir. O, gələn ilin əvvəllərində
Bakıya səfər edəcəyinə söz vermişdir. Görüşün sonunda qonaqlara hədiyyələr təqdim
olundu və xatirə şəkilləri çəkdirildi.
Növbəti görüş “Türk-İş” Sendikasının İstanbul şöbəsinin qərargahında
baş tutdu. Sendikanın İstanbul bölgə təmsilçisi Adnan Uyar qonaqları səmimi
salamladı. Dedi ki, Türkiyə və Azərbaycan həmkarlar ittifaqları arasında sıx əlaqə
var. AHİK sədri hörmətli Səttar Möhbalıyev bu əlaqələrin təşəbbüskarı və təşkilatçısı
olaraq türkiyəli həmkarlarının böyük sevgisini qazanmışdır. İnanıram ki, bu
gün təməlini qoyduğumuz sahələrarası əməkdaşlığın da hər iki tərəf üçün
faydalı gələcəyi olacaqdır.
Sonra tərəflər arasında məlumat mübadiləsi aparıldı.
Qonaqlar daha sonra “Türkiye İş Bankası”nın baş şöbəsində
oldular. Şöbənin müdiri Tolga Achim Müller qonaqları bank işçiləri ilə tanış
etdi, ikitərəfli əməkdaşlığın mümkünlüyü barədə danışıldı.
Səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində
“Stonpey Kommersial Konstruktion” şirkətinin direktor müavini Rüfət Cəfərov,
“AccessBank” QSC-nin mikro və pərakəndə müştərilər üzrə direktoru, həmkarlar
ittifaqı komitəsinin sədri Yaşar Soltanov və “TuranBank” ASC-nin əməliyyat
departamentinin direktoru, həmkarlar ittifaqı komitəsinin sədri Kəmalə
Mustafayeva olmuşlar.