AZ | RU | EN
AZ | EN | RU

“İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik”

19 Nov 2019

Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə noyabrın 19-da Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda “İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda seminar keçirilib. 

Seminarda nazirliyin aparatı, qurumları və regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər. 
Tədbirin keçirilməsində məqsəd nazirliyin qurumlarının və regional mərkəzlərinin rəhbərlərinin diqqətini daha çox əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə yönəltmək olub.
Tədbiri giriş sözü ilə açan İttifaqın sədri Mehman İsmayılov 2019-cu ildə iş yerlərinə ictimai baxışın yekunlarından danışıb, əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqının həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
İnstitutun baş hüquq məsləhətçisi Camal Abdullayev “Əməyin mühafizəsi üzrə qanunvericiliyin əsas müddəaları”, böyük elmi işçi Etibar Yusifli “İş yerlərinin attestasiyası, onun qaydaları və səmərəsi”, şöbə müdiri Almaz Rəhmanova “Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin idarə edilməsinin təşkili. Partlayış və yanğın təhlükəsizliyi”, laboratoriya müdiri Ələkbər Fiqarov “Elektrik təhlükəsizliyi və süni işıqlandırma”, elmi işçilər Xəyal Əsgərov və Ülkər Süleymanlı, “İstehsalatda baş verən bədbəxt hadisələr və istehsalat xəsarətalmaları, onların təhqiqi və uçota alınması”, “İşçilərin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsi. İlkin tibbi yardım” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə norma və standartlara dair suallar cavablandırılıb.

FAYDALI KEÇİDLƏR