Kollektiv müqavilə imzalandı
02 Oct 2019
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhərində fəaliyyət göstərən rayon komitələri ilə 2019-2021-ci illər üçün kollektiv müqavilə imzalanıb
İmzalanma mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Rəşad Tağıyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin struktur bölmə rəhbərləri və Bakı şəhərinin
rayonlar üzrə təhsil işçiləri həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak
ediblər.
Rəşad Tağıyev çıxışında Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri
yüksək qiymətləndirib.
Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tərəflərin
yenicə imzaladığı kollektiv müqavilənin şərtləri barədə ətraflı məlumat verib.
Sonra bu sənədin müddəaları müzakirə olunub, təhsil işçilərinin
əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin
mühafizəsinin təşkili sahəsində kollektiv müqavilənin əhəmiyyəti vurğulanıb.