AZ | RU | EN
AZ | EN | RU

“Layiqli əmək-ədalətli iqtisadiyyata gedən yoldur”

07 Oct 2019

Oktyabrın 7-də Müdafiə Nazirliyinin Bakı Qarnizonunda “Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş seminar keçirilmişdir

“Layiqli əmək-ədalətli iqtisadiyyata gedən yoldur” mövzusunda baş tutan tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının texniki əmək müfəttişi Nadir Muradov zərərli maddələrlə çalışan işçilərə əlavə ödənişlərin verilməsi, Nazirlər Kabinetinin təsdiq etdiyi zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı ətrafında yaranmış mübahisələr barədə danışmışdır. O, ictimai müvəkkillərin il boyu istehsalat sahələrində, tikintilərdə, müəssisələrdə iş şəraiti, əməyin mühafizəsi ilə bağlı monitorinqlər aparmasına, işəgötürənə aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini yazılı təqdimat şəklində vermələrinin önəminə diqqət çəkmişdir. N.Muradov deyib ki, işəgötürən tərəfindən əməyin mühafizəsinə çəkilən xərclərdən, əməyin mühafizəsinə dair hazırlanmış hesabatlardan həmkarlar ittifaqları mütləq xəbərdar olmalıdır. O, həmçinin Nazirlər Kabinetinin 550 və 38 nömrəli qərarları haqqında seminar iştirakçılarını məlumatlandırıb.
AHİK-in etimadlı həkimi Zöhrab Mansurov çıxışında bildirib ki, bu ildən həkimlərin orta aylıq əməkhaqqı fondu 1.6 dəfə artıb. Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Tibbi sığorta əhalinin tibbi və dərman yardımı almasına təminat verir. O, icbari tibbi sığorta üçün aylıq ödənişin 4% olacağını, bunun 2%-nin işəgötürən, qalan 2%-nin isə işçi tərəfindən ödəniləcəyini qeyd edib. Deyib ki, icbari tibbi sığortadan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də yararlana biləcəklər. İşləməyənlər icbari tibbi sığorta üçün ildə 120 manat ödəyəcəklər. Tələbələr, təqaüdçülər üçün isə tibbi sığorta dövlət tərəfindən ödəniləcəkdir.
İclas diskussiya ilə yekunlaşıb.

FAYDALI KEÇİDLƏR