Layiqli Əmək günü ilə bağlı tədbirlər keçirilib
07 Oct 2018
“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasında və üzv təşkilatlarda “7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü” münasibətilə müxtəlif tədbirlər keçirilib.
“İmproteks “Motors” MMC-də, Azərbaycan Kooperasiya
Universitetində təşkil olunan görüşlərdə Federasiyanın texniki əmək müfəttişləri
də iştirak ediblər. Həmkarlar ittifaqı liderlərinin, fəallarının qatıldığı bu tədbirlərdə
qeyd olunub ki, oktyabrın 7-si Beynəlxalq Əmək Təşkilatı tərəfindən 1999-cu ildə
qəbul olunmuş “Layiqli Əmək Proqramı”na dəstək günü kimi qeyd edilir.
Görüşlərdə layiqli əməyin tətbiqi ilə bağlı sahə həmkarlar
ittifaqının gördüyü işlərdən də söz açılıb. Bildirilib ki, Federasiya silsilə
maarifləndirici seminarlara daha çox üstünlük verir. Bu ilin əvvəlindən bəri
Bakıda, Sumqayıtda və respublikanın rayonlarında keçirilən görüşlərdə layiqli əməyin
prinsipləri şərh olunub. Həmkarlar ittifaqının bu prinsiplərin yerinə yetirilməsində
tutmalı olduğu mövqe izah edilib. Görüşlərdə təklif olunub ki, işçilərin
keyfiyyətli və təhlükəsiz iş yerləri, layiqli və ədalətli əməkhaqqı ilə təminatı
məsələlərinə kollektiv müqavilələrdə geniş yer ayrılsın.