Maraqlı konsert proqramı qonaqların ürəyincə oldu
07 Jul 2019
Metropoliten
İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ənənəsinə sadiq qalaraq, hər il yay
mövsümündə "Bilgəh" sağlamlıq mərkəzinin sakinlərinə çevrilmiş
metropolitençilər üçün maraqlı istirahət tədbirləri təşkil edir
İyul
ayının əvvəlindən sanatoriya-profilaktoriya və istirahət mərkəzində dincələnlərə
MİHİ-nin təşkilatçılığı ilə ədəbi-bədii proqramlı maraqlı gecə təşkil edilib.
İyulun 7-də təşkil edilmiş və 4 saatdan artıq davam edən bayram ovqatlı proqram
zamanı metropolitençilər və mərkəzin qonaqları Azərbaycan musiqisinin tanınmış simalarının iştirakı ilə
rəngarəng maraqlı gecənin iştirakçısı olublar.
Milli musiqi, xarici estrada, eyni zamanda, son dövrlərin populyar mahnıları gənc
nəslin və uşaqların daha çox zövqünü oxşadı. Proqramın zəngin və rəngarəngliyi
"Gilavar" qrupunun ifasında səslənən canlı ifa ilə davam etdi.
"Azəristar" müsabiqəsinin laureatı müğənni Ədalətin də repertuarı
maraqla qarşılandı.
Bir sözlə, 4 saatdan artıq davam edən musiqili, duzlu-məzəli dəqiqələr
"Bilgəh" sakinlərinə ovqat gətirdi, hər kəsin ürəyincə oldu.
Qeyd edək ki, budəfəki yollayışın sahibləri üçün bu, MİHİ-nin son sürprizi
deyil. Mərkəzdə dincələnləri onların istəyinə uyğun olaraq, paytaxtın bir neçə
tarixi abidəsinə ziyarət və milli-mədəni irsinin inciləri ilə tanışlıq gözləyir.