Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı gənclərinin birinci forumu keçirilib
23 Sep 2018
Sentyabrın 21-də Qubada Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sahə həmkarlar ittifaqı gənclərin birinci forumu keçirilib.
Əvvəlcə
forum iştirakçıları ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində yerləşən
abidəsini ziyarət edib və abidənin önünə gül dəstələri düzüblər.
Forumun əhəmiyyətini yüksək
qiymətləndirən Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Cəmilə Səttarova ölkədə aparılan uğurlu gənclər siyasətindən
danışıb, dövlət tərəfindən bu sahəyə göstərilən qayğı və diqqəti yüksək
qiymətləndirib.
Cəmilə Səttarova deyib ki,
forumun məhz Qubada keçirilməsi gənclərin istəyi ilə baş tutub. Azərbaycan
gəncliyi həmişə kreativ ideyaları ilə beynəlxalq arenada seçilir. Ölkəmizdə
əsasını ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti bu gün Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə gəncləri respublikamızın
ictimai-siyasi həyatında yaxından iştirak edir və Azərbaycanın inkişafına öz
töhfələrini verirlər.
Çıxış edən Quba Rayon İcra
Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov forum iştirakçılarını salamlayaraq bildirdi ki, “Dövlət
tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, gənclərimiz
beynəlxalq arenaya inteqrasiya edirlər. Qubalı gənclər də öz ideyaları və
fəallıqları ilə seçilirlər. Qubada 46 min gənc var və onların böyük bir qismi
rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir”.
Xaçmaz Regional Mədəniyyət
İdarəsinin rəisi Nazim Ağayev ölkə gənclərinin sosial şəbəkələrdə
respublikamızdakı dinamik inkişafı təbliğ etdiklərini diqqətə çatdırıb. Qeyd
edib ki, ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb. Onların sosial
vəziyyətinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması və
gənclər arasında sağlam həyat tərzinin tərənnümü ölkəmizdə prioritet
məsələlərdən biridir.
“Prezident İlham Əliyev
tərəfindən bu sahə ilə bağlı bir çox dövlət proqramları qəbul olunub. Bu sənədlər
ölkə gəncliyinin inkişafında yeni imkanlar açıb. İstedadlı gənclər həmişə
diqqət mərkəzində saxlanılır və mütəmadi olaraq mükafatlandırılırlar”, - deyə
N.Ağayev əlavə edib.
Quba Rayon Gənclər və İdman
İdarəsinin rəisi Mustafa Möhbalıyev qubalı idmançıların beynəlxalq arenadakı
uğurlu çıxışından danışıb. Bildirib ki, ölkəmiz irimiqyaslı idman yarışlarına
yüksək səviyyədə ev sahibliyi edir. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi
Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Azərbaycan Qran-Prisi bunun
bariz nümunəsidir. Cari ilin ötən 8 ayında qubalı atletlər irimiqyaslı
yarışlarda 11 medal qazanıblar.
Sonra çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsininin
müdiri Z. Həmidov, Komitənin hüquqşünası Z. Yusifli, AHİK-in Gənclər şurasının
sədri T. Süleymanov və AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin
mütəxəssisi E. Musayev ölkə gənclərinin beynəlxalq arenadakı nailiyyətlərindən,
gənclər üçün yaradılan şərait və imkanlardan, ölkə prezidentinin
sərəncamları ilə hazırlanan Dövlət Proqramlarından söhbət açdılar.
Daha
sonra “Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətində
olan Bakı şəhəri ilk təşkilatlar arasında gənclərlə işin təşkili üzrə”
baxış-müsabiqənin və “İlin peşəkar gənci” nominasiyasının qaliblərinin mükafatlandırma
mərasimi keçirilib.
Forum
öz işini 4 ayrı qrupda davam etdirib. Qruplarda səslənən təkliflər geniş
müzakirə olunub.
Forum
çərçivəsində iştirakçılar Quba Soyqırımı Memorial Kompleksi ziyarət edib,
Şəhərin görməli yerləri ilə tanış olublar.
Sonda forumun
üzvləri arasında voleybol yarışı təşkil edilib və ilk üç yeri tutmuş komandalar
mükafatlandırılıb.
Qeyd
edək ki, foruma sentyabrın 22-də yekun vurulub.