Metropoliten İşçiləri Həmkarlar İttifaqının Məclisində əməyin mühafizəsi və təhlükəsizlik məsələləri müzakirə edilib
29 Nov 2018
Noyabrın 29-da Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Konfransı və Məclisi keçirilib.
Konfransda
“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı arasında
2016-2019-cu illər üçün bağlanmış Kollektiv Müqaviləyə əlavə və dəyişikliklərin
edilməsi, həmçinin MİHİ-nin Nəzarət-Təftiş Komissiyasının tərkibində dəyişiklik
edilməsi ilə bağlı məsələlər müzakirə edilib.
MİHİ-nin
Məclisində 2018-ci ildə “Bakı Metropoliteni” QSC-də əməyin mühafizəsi və təhlükəsizlik
texnikası üzrə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə dinlənilib.
Məclisdə
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov çıxış edərək qarşıda duran vəzifələr haqqında danışıb və
tövsiyələrini bildirib.