Metropoliten işçiləri qanvermə aksiyasına start verdilər
13 Feb 2019
Fevral ayının 12-13-də hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusilə, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, metropoliten rəhbərliyinin dəstəyi ilə ənənəvi qanvermə aksiyasına start verilib.
Aksiyanın məqsədi hemofiliya və talassemiya xəstəliklərindən
əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük
olunan qan ehtiyatını artırmaqdır.
Qanvermə
prosesi fevralın 12-də “Bakı Metropoliteni” QSC-nin inzibati
binasında keçirilib. Prosesdə 22
struktur vahidi, ümumilikdə 166 nəfər donor iştirak edib. Fevralın 13-də
metropolitenin “Nərimanov” elektrik deposunda keçirilən aksiyada isə 158 nəfər
qan verib. Ümumilikdə qanvermə aksiyasında 324 nəfər iştirak edib.
Aksiya Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim-hemotoloqlarının nəzarəti altında keçirilib.
Aksiya Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim-hemotoloqlarının nəzarəti altında keçirilib.