AZ | RU | EN
AZ | EN | RU

Metropolitençilər Uşaq Evinin qonağı olublar

28 Dec 2019

Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə metropolitençilərin qayğıya daha çox ehtiyacı olan kimsəsiz uşaqları ziyarət etmək, onların asudə vaxtlarının səmərəli keçməsinə yardım etmələri artıq ənənəyə çevrilib.  2019-cu ilin son günlərində MİHİ-nin idarə heyətinin üzvləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Saray qəsəbəsində yerləşən fiziki və əqli qüsurlu uşaqlar üçün 7 saylı internat evinin balaca sakinlərinin qonağı olub, onların bayramlarını təbrik ediblər.
Uşaqlar metropoliten nümayəndələri qarşısına rəngarəng konsert proqramı ilə çıxıb, rəqs edib, şeirlər söyləyiblər.
Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində həyata keçirilən bu ziyarət zamanı Metropoliten İşçiləri Həmkarlar İttifaqı 80 azyaşlıya müxtəlif hədiyyələr təqdim edib.
 Bir neçə saat davam edən görüş həm qonaqlarda, həm də uşaqlarda xoş ovqat yaradıb.

FAYDALI KEÇİDLƏR