Metropolitendə ənənəvi qan vermə aksiyası keçirilib
12 Feb 2020
Artıq
5-ci ildir ki, Bakı Metropolitenində könüllü qan vermə aksiyası keçirilir.
Bu dəfəki
sosial layihə Talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə fevral
ayının 11-12-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşəbbüsü, təşkilatçılığı
və metropoliten rəhbərliyinin dəstəyi ilə təşkil olunub.
"Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət
Proqramına uyğun olaraq keçirilən aksiyada hər bir şəxs könüllü olaraq iştirak
edib.
Mərkəzi Qan Bankı tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir
donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya
qoşulması ilə bağlı rəy verilib.
Mütəxəssislər aksiyada iştirak edənlərə qan xəstəliklərindən əziyyət çəkənlər
üçün könüllü donor olaraq qan verməyin əhəmiyyətindən, məramından danışıblar və
bu aksiyanın böyük xeyirxahlıq nümunəsi olduğunu bildiriblər. Bu həm də, insanın
öz sağlamlığı baxımından faydalıdır.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən
əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Aksiyada ümumilikdə 323 nəfər
könüllü iştirak edib.