AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Naxçıvan Muxtar Respublikası Həmkarlar

İttifaqları Şurasının sədri

İbrahimov Anar Adil oğlu

4 avqust 1976-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Böyükdüz (indiki Kəngərli rayonunun Böyükdüz) kəndində anadan olub.

1983-1993-cü illərdə Naxçıvan şəhər Vəli Zeynalov adına 3 №-li rus orta məktəbində orta təhsil alıb. 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun  "Sosial-siyasi münasibətlər - Politologiya" fakultəsinə daxil olub, 1997-ci ildə həmin institutu bitirib.

Ali təhsil aldığı müddətdə Silahlı Qüvvələr üçün ehtiyat zabit hazırlayan kurs bitirib, leytenant hərbi rütbəsi alıb.

Əmək fəaliyyətinə 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində aparıcı mütəxəssis kimi başlayıb.

1998-ci ildə həmin komitədə şöbə müdiri, 1999-2001-ci illərdə isə komitə sədrinin müavini vəzifəsində çalışıb.

2000-2001-ci illərdə paralel olaraq Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru vəzifəsini icra edib.

Naxçıvan Muxtar Respublikası Alı Məclisinin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı çağırış seçkilərində deputat seçilib.

29 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının XVIII konfransında Şuranın sədri seçilib.

 Ailəlidir, 2 övladı var.


FAYDALI KEÇİDLƏR