“Qarabağ Dirçəliş Fondu” xalqımızın birlik və həmrəylik rəmzinə çevriləcək
05 Jan 2021
Aərbaycan xalqı 2021-ci ilə möhtəşəm tarixi qələbə ilə qədəm qoydu.
Ölkənin ərazi
bütövlüyünü bərpa etməklə Azərbaycan dövləti bir daha beynəlxalq hüququn və
milli-mənəvi dəyərlərin aliliyi prinsiplərinə sadiq olduğunu bütün dünyaya
nümayiş etdirdi.
Bu gün artıq ölkəmizin
inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayır. Heç şübhəsiz bu mərhələdə
işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın
siyasi-iqtisadi suverenliyinin daha da gücləndirilməsi yönümündə mühüm dayaq
amillərdən biri kimi çıxış edəcək. Tezliklə bu bölgələrdə yenidən məskunlaşma həyata
keçiriləcək, insanlarımızın layiqli yaşayışı və ümumi iqtisadi fəallıq təmin
ediləcək. Qarabağda və ətraf rayonlarda həyata keçiriləcək quruculuq-bərpa işləri
ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirilməsinə
xidmət edəcək.
Əlbəttə ki, bu
quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf
borcudur. Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və
güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə
mühüm töhfəsi olacaq. Məhz elə bütün bu vacib məqamları nəzərə alaraq Ölkə
Prezidenti cənab İlham Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş
Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Yeni
yaradılan bu Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və
yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik
regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi
göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının
inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini
həyata keçirən publik hüquqi şəxsdir. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin
ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına
formalaşır.
Birmənalı olaraq qeyd edilməlidir ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılması Azərbaycan xalqının Qarabağa möhtəşəm qayıdışı istiqamətində dövlətimiz tərəfindən atılan ən əhəmiyyətli addımlardan biridir. 30 il ərzində işğal altında olan Vətən torpaqlarında erməni qəsbkarlarının törətmədikləri vandalizm aktının qalmadığını hamımız gözəl bilirik. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz viran edilib, təbii sərvətlərimiz talan olunub, tarixi-mədəni irsimiz tamamilə yox edilmək məqsədilə olmazın dağıntılara məruz qoyulub. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək üçün əlindən gələni edib. Lakin bütün bunların bir nəticəsi olmadı. Vətən torpağı düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad etdik. Bu gün isə həmin torpaqları alnımızın təri ilə yenidən dirçəltməyə başlayırıq. Qarşıda bizi irimiqyaslı quruculuq-bərpa işləri gözləyir və bu işlərdə də öz payı olduğunu görmək hər kəsin arzusudur. Lakin belə məsələlərdə pərakəndəlik də qətiyyən yolverilməz bir haldır. Bəhz elə bu baxımdan da “Qarabağ Dirçəliş Fondu”nun yaradılması müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.
Əminəm ki, “Qarabağ Dirçəliş Fondu” 2021-ci ildə Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz bu Fondun dəstəyilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda respublikamızın inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaqlar.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı