“Qeyri-formal iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu, həmkarlar ittifaqlarının rolu və vəzifələri” mövzusunda seminar keçirilib
07 Mar 2018
Martın 6-7-də Bakıda Beynəlxaq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Qeyri-formal iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu, həmkarlar ittifaqlarının rolu və vəzifələri” mövzusunda seminar keçirilib.
Tədbiri
AHİK sədrinin birinci müavini İlyas Əliyev açıb. O, seminarın mövzusunun
aktuallığını diqqətə çatdıraraq planetimizdə 15-29 yaş arası 70-80 milyon gəncin
işsizin olduğunu qeyd edib. Bu isə bütün dünya üzrə gənclərin 30-35 faizinin işsiz
olduğu anlamına gəlir. Azərbaycanda bu göstərici 13,5 faizəyaxındır.Hər bir ölkədə
problemin qarşısının alınması istiqamətində aidiyyati qurumlar müxtəlif işlər görür.
Lakin təşkilatlanma hələ yekdil səviyyədə deyil. Hər bir qurum ayrılıqda bu işin
öhdəsindən gəlməyə çalışır.
İ.
Əliyev bildirib ki, burada səslənən fikirləri təklif şəklində qeyd etməliyik. Çünki
bizim amalımız gənclərin cəmiyyətdəöz yerini tutmasıdır. Buna görə də müzakirəyəçıxarılan
məsələləri cəmiyyətə təqdim olunmalıdır.
AHİK sədrinin
birinci müavini Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və
İqtisadi Məsələlər üzrə Üçtərfli Komissiyanın apardığı işlərin əhəmiyyətindən
də danışıb. Həmçinin sosial tərəfdaşlar arasında növbəti iki il üçün Baş
Kollektiv Sazişin bağlanmasını, burada nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.
İ.Əliyev
peşə təhsili müəssisələrinin sahibkarlarla sıx əlaqədə çalışmalı olduğunu deyib:“Gənclərin
seçdikləri peşələrə yiyələnməsi üçün təcrübələrin keçirilməsinin də böyük əhəmiyyəti
var. Bu təhsil ocaqlarında xarici dil kursları da tədris olunmalıdır ki, gələcəkdə
işçilərimiz gedib başqa ölkələrdə də çalışa bilsinlər”.
Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar
Zeynalov gənclərin məşğulluğu sahəsində olan problemlərdən danışıb. Qeyd edib
ki, istər peşə, istərsə də ali məktəbi bitirən gəncləri sahibkarlar staj
olmadan işə götürmək istəmir. Təəssüf ki, ölkəmizdə gənclər peşə təhsili məktəblərinə
bir o qədər də meyl göstərmirlər. Daha çox universitetlərdə oxumağa üstünlük
verirlər. Bu fərqli yanaşmanı dəyişmək üçün orta məktəblərdə şagirdlər arasında
maarifləndirici tədbirlər təşkil olunmalıdır.
BƏT-in
Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığısahəsində
görülən işlərdən danışıb: “Əməkdaşlıq proqramının əsas prioritetlərindən biri gənclərin
məşğulluğu və qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır. İlk şərtlərdən
biri sosial dialoqun inkişafıdır. Azərbaycan
Respublikası tərəfindən BƏT-in bir çox konvensiyaları, o cümlədən məşğulluq
siyasəti haqqında 122 saylı konvensiyası ratifikasiya olunub. Sosial dialoqun
aparılmasında həmkarlar ittifaqlarının rolu xüsusi qeyd edilməlidir”.
Peşə Təhsili
üzrəDövlət Agentliyinin peşə yönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin böyük
məsləhətçisi İxtiyar Abdullayev peşə təhsili
sistemində aparılan islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisasların tədris olunması barədə
geniş məlumat verib. Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və
optimallaşdırılması ilə bağlı görülən işlərdən danışıb.
Sonra
çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının məşğulluq
siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov qeyri-formal
iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu problemi və onların həlli
yollarından danışıb. O, ölkə başçısının sərəncamı ilə yeni yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası
Komissiyasının bu sahədə gördüyü işlər barəsində də məlumat verib. E.Süleymanov
ölkəmizdə 900 minə yaxın insanın qeyri-rəsmi çalışdığını deyib.
AHİK-in
zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin
müdiri Namiq Hüseynov Azərbaycanda gənclərin məşğulluğu ilə bağlı tendensiyalar
və çağırışlar, həmkarlar ittifaqlarının mövqeyi barəsində çıxış edib.
Deyib
ki, gənclər arasında işsizliyinin artmasına əmək sahəsində olan dəyişikliklər də
təsir göstərir. Texnologiyanın inkişafı, süni intelekt və robotlar qarşıdakı
illərdə dünya əmək bazarında 7 milyon iş yerinin itirilməsinə səbəb olacaq,
lakin yenilikləri tətbiq etmək üçün 2 milyona qədər yeni vakansiya meydana gələcək.
Dəyişikliklərin ən çox qadınlara təsir edəcəyi bildirilir.
Onu
da diqqətə çatdırıb ki, AHİK son beş ildə hökumət və işəgötürənlər təşkilatları
ilə üç ümumi razılaşmaya imza atıb. Həmçinin onların diqqətini mövcud olan məsələlərin
həllinə yönəldib. Eyni zamanda AHİK üzv təşkilatlara sadalanan problemlərin həlli
üçün bir sıra tövsiyələr də verir.
Proqnozlara
görə, gələcəkdə ölkənin rabitə, informasiya texnologiyaları, elektronika sahəsində
ixtisaslı işə ehtiyac çoxalacaqdır.
AHİK-in
Katibi-Aparat rəhbəri Həsən Cəfərovun sədrliyi ilə tədbir öz işini qruplar şəklində
diskussiyalarla davam edib. Qruplarda gənclərin məşğulluğu, yeni iş yerləri,
layiqli əməkhaqqı, sosial imtiyazlar və bir sıra məsələlər müzakirə
olunub.