AZ | RU | EN
AZ | EN | RU

Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub

07 May 2018

Mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub.

Festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan dövlətinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Ulu Öndərin respublikamızda işlədiyi müddətdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət, təhsil sahəsi də sürətlə inkişaf edib. Hələ o dövrdə Ulu Öndər keçmiş SSRİ-nin ən aparıcı universitetlərinə oxumağa ölkəmizdən yüzlərlə tələbə göndərib. Bu gün o tələbələr müstəqil ölkəmizdə müxtəlif sahələrdə çalışır və Azərbaycanın inkişafına öz töhfələrini verirlər.

Səttar Möhbalıyev bədii yaradıcılıq festivalının gənclərin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu qeyd edib. Bildirib ki, festivalda əsas məqsədi tələbələri milli vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, eləcə də istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək göstərmək və bədii-estetik səviyyəsini yüksəltməkdir. Bu baxımdan Tələbə Həmkarlar Təşkilatı vasitəsilə universitetlərdə idman, intellektual yarışları, olimpiadalar keçirilir.

Qeyd edib ki, bu il festivalda ali hərbi məktəblərlə də yaxından iştirak edib. Seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılır.

Sonra çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil edildiyini deyib. Nazir müavini bildirib ki, bu il ilk dəfə olaraq müsabiqədə respublikada fəaliyyət göstərən bütün ali təhsil müəssisələri iştirak edib. Festivalın I mərhələsində müvəffəqiyyətlə iştirak etmiş kollektiv və solo ifaçılar növbəti respublika mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər. Seçimlər Bakı, Lənkəran, Gəncə şəhərləri və Quba rayonunda aparılıb. Festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas və 11 peşə təhsili müəssisəsinin tələbələri iştirak edib.

Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb.
Tədbir incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilərin ifaları ilə davam edib.

FAYDALI KEÇİDLƏR