Üzv təşkilatlar
Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Hacıyev Telman Həbib oğlu
1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir.
2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Həmkarlar İttifaqlarının «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı ilə təltif edilmişdir.
Evlidir, üç övladı var.