Üzv təşkilatlar
Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri
Həmkarlar Ittifaqları Respublika Komitəsinin sədri
Akif Musa oğlu Məmmədov
1957-ci ildə anadan olmuşdur. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmışdır.
1975-ci ildə Bakı Kanalizasiya İdarəsində texnik kimi işə başlamış, 2006-cı ilədək həmin idarədə mühəndis, iş icraçısı, baş mühəndis və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilmişdir. AHİK Məclisi və İcraiyyə Komitəsinin üzvüdür.
2007-ci ildə «Azərbayjan Həmkarlar İttifaqının 100 illik yubıley» medalına və 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalına layiq görülmüşdür. Bu sahənin inkişafı ilə bağlı qurduğu iş və dostluq əlaqələrinə görə bir sıra xarici ölkələrin həmkarlar ittifaqı komitələrinin diplom və sertifikatları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına
əsasən Akif Musa oğlu Məmmədov "Əməkdar
mədəniyyət işçisi" Fəxri adına layiq görülüb.
Ailəlidir. 4 övladı var.