Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin sədri Talip Geylanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
21 Dec 2018
Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, deputat Səttar Möhbalıyev Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin sədri Talip Geylanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi arasındakı mövcud əməkdaşlıq əlaqələri, perspektivlər müzakirə olunub.Müzakirələrdə S.Möhbalıyev təşkilatlar arasındakı mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi baxımından faydalı olduğunu deyib.