AZ | RU | EN
AZ | EN | RU

Türkiyədə İnşaat və Meşə İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqının konfransı keçirilib

20 Dec 2018

Ötən həftə Türkiyə Respublikasının Adana şəhərində İnşaat və Meşə İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqının (BWİ) Regional konfransı və Avropa Regional Komitəsinin görüşləri keçirilib. 

Konfransda müxtəlif ölkələrin meşə və inşaat işçiləri həmkarlar ittifaqı təşkilatlarından nümayəndələr iştirak edib.
Konfransın açılış sessiyasında BWİ-nin Baş katibi Ambet Yuson İnşaat və Meşə İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin gördüyü işlər və konfransın əsas məqsədi barədə məlumat verib. Daha sonra nüfuzlu beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin çıxışları dinlənilib. Tədbirdə əsasən Avropaya daxil olan həmkarlar ittfaqları öz təcrübələrini bölüşüblər, strateji iş planı müzakirə olunub və bununla yanaşı, Avropaya köç edən miqrantların vəziyyəti müzakirə edilib.

Ölkəmizi təmsil edən Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev tədbirdə çıxış edərək Avropaya köç edən miqrantların vəziyyətindən danışıb, o cümlədən Dağlıq Qarabağdan olan bir milyon qaçqının bu problemi yaşadığını qeyd edib və bildirib ki, Azərbaycan bu sahədə dünyada ən çox əziyyət çəkən ölkələrdəndir. İkili standart bizə imkan vermir ki, işğal olunmuş ərazilərimizi düşmənlərimizdən azad edək, 25 ildir ki, bu problemi yaşayırıq.
Çıxışlar ətrafında müzakirələr aparılıb və növbəti illər üçün strateji iş planı qəbul edilib. Tədbirin son günü iştirakçılar suriyalı qaçqınlar üçün Sarıçamda inşa olunmuş müvəqqəti sığınma düşərgəsini ziyarət ediblər və onların yaşayış şəraiti ilə tanış olublar.

FAYDALI KEÇİDLƏR