AZ | RU | EN
AZ | EN | RU

Türkiyənin Həmkarlar ittifaqları liderləri AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə başsağlığı teleqramları göndəriblər

06 Apr 2016

Türkiyənin Dövlət İdarələri  İşçiləri Həmkarlar ittifaqının sədri  Əli Yalçın, "Toley-İş" Həmkarlar ittifaqının sədri Cəmail Bakındı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Öndər Kahveci, "Türk-İş" Həmkarlarİttifaqının sədri Ergün Atalayın AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə göndərdikləri  başsağlığı teleqramlarında  deyilir:

Əziz qardaşımız, son zamanlar yenidən kəskinləşən Ermənistan-Azərbaycan münaqişəsini yaxından izləyirik.
Özlərinə güvəni olmayan, ətrafındakı bir neçə dövlətə sığınaraq alətə çevrildiyinin fərqinə varmayan, işğalçılıq siyasətindən əl çəkməyən ermənilər gün gələcək ki, Azərbaycan dövlətinin qüdrəti qarşısında boyun əyəcəklər.
Dağlıq Qarabağ ətrafında baş verən son hadisələrdə Can Azərbaycanın şəhidlərini dərin hüznlə anırıq. Bir millət, iki dövlət olaraq acınızı paylaşmağı özümüzə borc bilirik.
Dağlıq Qarabağ bölgəsində Ermənistanın illərdir sürdürdüyü işğalçı siyasəti qınayır, beynəlxalq aləmdən Azərbaycanın ərazi bütövlüyünü tanımalarını tələb edirik.
Bu savaşda qardaş Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu və  hərbi əməliyyatlar  zamanı canlarından keçən şəhidlərin ruhunu uca tutduğumuzu bildirmək istərdik.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə allahdan səbr diləyirik, Sizə, bütün Azərbaycan xalqına başınız sağ olsun deyirik.

FAYDALI KEÇİDLƏR