Vətən uğrunda şəhid olmuş oğullarımızın qanı yerdə qalmayacaq
13 Jul 2020
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində sərhəd zonasında törətdilkəri təxribatla əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“İyul ayının 12-də Ermənistan silahlı qüvvələri tərəfindən
Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribat Azərbaycan Həmkarlar
İttifaqlarının çoxsaylı üzvlərinin dərin hiddətinə səbəb olub. Təxribatın
Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidə baş verməsi onun çirkin mahiyyətindən,
erməni tərəfinin təmas xəttində süni gərginlik yaratmaq niyyətindən xəbər
verir. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura
rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması
yeni taktika deyil. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən
asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə
layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub.
Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən
döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün,
əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla
bilər. Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın müdrik rəhbərliyi
altında istənilən erməni təxribatının anındaca qarşısını almağa,
torpaqlarımızın hər qarışını qorumağa tam hazır olduğunu bir daha nümayiş
etdirdi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq
daim qəhrəman Ordumuzla bir olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab
İlham Əliyev əmin ola bilər ki, onun əmri
ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırıq. Silahlı
Qüvvələrimizin düşmənin istənilən təxribatına bundan sonra da layiqli cavab verəcəyinə,
işğal altında olan torpaqlarımızı azad edəcəyinə, Vətən yolunda həlak
olan bütün şəhidlərimizin qanını yerdə
qoymayacağına dərindən inanırıq.