AZ | RU | EN
AZ | EN | RU

Yeni üzvlərin sıralarımıza qoşulmasında motivasiyanın rolu

29 Nov 2019

Noyabrın 29-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyasının iclas zalında Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib.

Plenumu giriş sözü ilə Respublika Komitəsinin sədri Bəkir Yusifov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi. Sonra oktyabrın 11-dən noyabrın 22-dək Dövlət Müstəqilliyi Günü münasibətilə “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş XXI Respublika Spartakiadasının yekunları barədə məlumat verdi. Bildirdi ki, QSC-nin təmsilçiləri idmanın 9 növü üzrə keçirilmiş yarışlardan 5-də (şahmat, stolüstü tennis, nərd, üzgüçülük və minifutbol) birinci yeri, 3-də (voleybol, dama və güllə atıcılığında) III yeri tutaraq ümumi hesabda spartakiadanın qalibi olmuşlar.
Daha sonra “Zenit” BTİCİB İdarə Heyətinin sədri Fazil Hadıbəyov çıxış edərək Ölkə Prezidenti cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi. Dedi ki, bu qayğıdan bəhrələnən idmançılarımız vətənin şərəfini beynəlxalq yarışlarda ləyaqətlə qorumağa çalışırlar. F.Hadıbəyov cəmiyyətin yetirmələrinin Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarındakı uğurlu çıxışları barədə məlumat verdi. Plenumda qaliblərə və onların məşqçilərinə diplom, kubok və pul mükafatları təqdim olundu.
Respublika Komitəsinin sədri Bəkir Yusifov “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisinin “Müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqının vəzifələri haqqında” qərarının sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən yerinə yetirilməsi və qarşıda duran vəzifələr barədə məruzə etdi.

FAYDALI KEÇİDLƏR