AZ | RU | EN
AZ | EN | RU

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

Səttar Möhbalıyev: “Özünü tanımayan senat “dağlıq Qarabağ respublikası”nı tanımağa qərar verir...”

“Çox qəribədir ki, bu gün Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe sərgiləyən Fransa senatı uzun illər davam edən müstəmləkə hakimiyyəti dövründə öz ölkəsinin silahlı qüvvələri tərəfindən həyata keçirilmiş, həm də sadəcə etnik və dini mənsubiyyət fərqi amilinə əsaslanaraq yüz minlərcə dinc sakinin həyatına son qoymuş kütləvi qətllərə indiyədək nə hüquqi qiymət vermək, nə də bu qara ləkəni Fransanın siyasi tarixindən silməyə cəhd göstərmək yönümündə heç bir addım belə atmamışdır ”- bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev demişdir.
ARDINI OXU

Erməni faşizmi bütün bəşəriyyət üçün təhlükədir

Kəlbəcərin işğaldan azad edilməsi bizim həm də siyasi-diplomatik müstəvidə qələbəmizdir
ARDINI OXU

Mehriban Əliyevadan Kəlbəcər TƏBRİKİ

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib.
ARDINI OXU

İlham Əliyev Kəlbəcərlə bağlı xalqı təbrik etdi

"Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm". Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, bu günü Azərbaycan xalqı səbirsizliklə, uzun illər gözləyirdi:"Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma yurdunuz işğaldan azad edildi!"
ARDINI OXU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilmiş Respublika baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi ölkəmiz, xalqımız üçün çox fərəhli, qürurlu günlərə təsadüf etdi. 
ARDINI OXU

Səttar Möhbalıyev: biz sadəcə karantin rejiminin tələblərinə əməl etməklə bu vəziyyəti yenidən xeyrimizə dəyişə bilərik

        Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsi xalqımızın möhtəşəm qələbəsilə başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz döyüş meydanında düşmənin başını əzdi və tarixi ədalət bərpa olundu. Lakin bu gün bizim daha bir düşmənlə mübarizəmiz hələ də davam edir və təəssüflər olsun ki, bu savaşın statistikası heç də ürəkaçan deyil.
ARDINI OXU

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki “Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb. 
ARDINI OXU

AHİK sədri ədliyyə işçilərini təbrik etdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Ədliyyə naziri cənab Fikrət Məmmədova təbrik ünvanlayıb.
ARDINI OXU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti AHİK-in keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibləri sırasında olmuşdur.
ARDINI OXU

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edilib.
ARDINI OXU

“Ağdamlılar siz artıq qaçqın deyilsiz” – İlham Əliyev

“Əziz ağdamlılar siz artıq qaçqın deyilsiz. Siz öz doğma torpaqlarınıza qayıdacaqsız”.Bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib.“Mən dəfələlərlə demişəm ki, münaqişənin həlli siyasi və hərbi yollarla mümkündür. Hər bir ölkə özünü müdafiə edə bilər. Biz də özümümzü müdafiə etmişik. Ağdamın azad edilməsi böyük traxi hadisəsir. İşğaldan əvvəl Ağdamda 143 min Azərbaycan vətəndaşı yaşayırdı, hazırda Ağdamın sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi”.
ARDINI OXU

Ağdam rayonu işğaldan azad olundu

Ağdam rayonu artıq erməni işğalından azad olunub.Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir.
ARDINI OXU

FAYDALI KEÇİDLƏR